Mətbəx mebelin planlaşdırılması çox məsuliyyətli və asan olmayan bir işdir. Bir neçə santimetr səhv hesablamaqla dolab uyğun gəlməyə bilər. Elektrik yuvaları yanlış yerdə yerləşdirilsə, avadanlıqları qoşmaqda problemlər yaranacaq.
“German Studio”nun dizaynerləri, xəyallarınızdakı mətbəx mebelin planlaşdırmağın 9 asan qaydası ilə bölüşüblər.
1. Ölçünün aparılması
Mətbəx planlamasına yalnız mətbəx mebelin yerləşəcəyi otağın aydın, başa düşülən və dəqiq ölçülməsi hazır olduqdan sonra başlamaq olar. Əvvəlcə mətbəxi planlaşdırmaq, sonra hazır layihə əsasında təmir işləri görmək lazımdır. Artıq bu mərhələdə bütün kommunikasiyaların harada yerləşəcəyini, həmçinin aspirator çıxışı, bişirmə paneli və digər avadanlıqlar üçün elektrik yuva yerləri müəyyən edilir.
Bütün qaralama işlər başa çatdıqdan, divarlar və döşəmə hazır olduqdan, bütün kommunikasiyalar aparılırdıqdan sonra, mətbəxi yenidən ölçmək, birincinin nəticələri ilə müqayisə etmək və lazım gələrsə, layihədə düzəliş etmək lazımdır. Bunu məhz indi etmək əhəmiyyətlidir, çünki sonra istənilən, hətta ən kiçik dəyişikliklər əlavə xərclərə gətirib çıxaracaq. Mətbəx mebeli uyğun gəlməzsə yalnız alt dolabı dəyişərək problemi həll etmək mümkün olmayacaq, həm dəzgahı, həm də fərqli bir ölçüdə üst hissəni sifariş etməli olacaqsınız. Bunun baş verməməsi üçün ölçməni peşəkarlara həvalə edin. "German Studio"da bu xidmət pulsuz və mütəxəssislər tərəfindən həyata keçirilir.
2. Texnikanın yerləşdirilməsi
Mətbəx planlaması böyük məişət texnikanın yerləşdirməkdən başlayır. Nadir hallar istisna olmaqla ölçüləri standartdır, buna görə də onlara diqqət yetiririk. Soyuducunun, sobanın, bişirmə panelinin, qabyuyan maşının və əlbəttə ki, çanağın yerini müəyyən etmək lazımdır. Ayrı bir dondurucu və ya şərab dolabınız varsa, bunu layihənizdə əks etdirməyi unutmayın.
3. Özəl mətbəx mebeli
Bir mətbəxi planlaşdırarkən ev sahiblərinin vərdiş və həyat tərzini nəzərə almaq lazımdır. Əgər əsasən sobada yemək bişirisinizsə, onda balaca bişirmə paneli ilə məhdudlaşa bilərsiniz və yerinə çoxfunksional sobanı əldə edə bilərsiniz. Tez-tez balıq və ya ətləri yağda qızardırsınızsa təmizlənməsi asan olan praktik bir önlük planlaşdırın və səthə yağ sıçramaması üçün sobanın ətrafında aydın bir yer buraxın.
Ev sahiblərin boyu çox önəmlidir. Mətbəx sahəsində kimin ən çox vaxt keçirəcəyinə və həmin insanın boyunu nəzərə almaq lazımdır. Mətbəx mebel elementləri 165-175 sm insanlar üçün nəzərdə tutulub. Əgər boyunuz bu rəqəmlərdən az və yaxud hündürdürsə o zaman dolabların hündürlüyünü özünüz üçün planlaşdırın. Bu zaman kürək bişirmə zamanı narahat bir vəziyyətdən ağrımayacaq və mətbəxdəki işlər sevinc gətirəcək. Müştərilərin mümkün olan bütün fərdi istəklərini nəzərə alacaq bir mətbəx dizaynı layihəsi üçün peşəkar dizaynerlərlə əlaqə saxlayamaq lazımdır. "German Studio" - da bu xidməti pulsuz əldə edə bilərsiniz. Hətta bir layihəni onlayn belə sifariş edə bilərsiniz.
4. Mətbəxdə iş üçbucağı
Çoxları mətbəx planlamasının əsaslandığı iş üçbucağı qaydası haqqında eşitmişlər. Onun mahiyyəti sadədir: əsas zonalar iş prosesini asanlaşdırmaq üçün yerləşdirilməlidir. Məhsulları çıxardız, yuduz, doğradız - hazır! Soyuducu, çanaq və soba bir-birindən bir və ya iki addım məsafədə olmalıdır. Əgər bu qaydaya riayət etsək, gün ərzində yemək bişirərkən atdığımız addımların sayını əhəmiyyətli dərəcədə azaltmaq olar.
5. Əşyaların yerləşdirilməsi
Mətbəx əşyalarını iki kateqoriyaya bölün. Boşqab, fincan və qazan kimi gündəlik istifadə olunan əşyalar əlinin altında olmalıdırlar. Buna görə də onları iş üçbucağının sahəsinə yerləşdirmək daha yaxşıdır. Nadir istifadə olunan əşyaları mətbəxin uzaq küncündə, məsələn üst dolablarda saxlanıla bilər.
6. Çəkməcələr və ya dolabalar
Çəkməcələr daha baha olsada, lakin dolablardan rahatdırlar. Xüsusilə, "German Studio" nun mətbəxlərində olduğu kimi, rahat mexanizmləri ilə təchiz olunarsa. Açırsız və içəridə olan hər şeyi görürsünüz. Bağlayıcılar dolabların hamar, səssiz bağlanmasını təmin edir. Buna görə hər kəsə mebelləri onlarla komplektləşdirilməyi məsləhət görürük.
7. Təhlükəsizlik hər şeydən üstündür!
Mətbəx düzgün qurulmadığı təqdirdə fiziki zərbələr, kəsiklər baş verə bilər. Bu səbəbdən məkanın erqonomikası diqqətlə düşünülməlidir. Qaranlıqda bişirməmək üçün iş səthinin düzgün işıqlandırılmasına da fikir vermək lazımdır.
8. Asan təmizlənən.
Bir çox insanlar üçün yemək bişirmək xoş bir işdir. Amma bez və aqressiv məişət kimyası ilə keçirilən saatlar çətin ki, kiməsə zövq versin. Buna görə də mebel seçərkən praktik və təmizlənməsi asan olan materiallara, həmçinin ləkə, barmaq izi, zolaq və cızıqların görünməyəcəyi rənglərə üstünlük verin. Materialların və dekorların bütün müxtəlifliyini anlamaq müstəqil olaraq asan deyil, mütəxəssislərə müraciət etmək daha yaxşıdır. "German Studio" nun dizaynerləri məhz sizə uyğun variantı seçməyinizə həmişə kömək edəcək.
9. Nəzərə çarpılmayan, lakin önəmli olan tutacaqlar.
Tutacaqlara diqqət yetirmək lazımdır. Tutacaqsız fasadlar indi çox məşhur bir həlldir və onları yumaq daha rahatdır. Bir də nəzərə almaq lazımdır ki, yuxarı səviyyədə açılan dolab qapıları səhv planlaşdırma zamanı tavana dəyə bilər.