LAYİHƏLƏRİMİZ

Grand Hayat Layihəsi

Sizə növbəti, “Grand Hayat” yaşayış kompleksinə, təhvil verdiyimiz layihəni təqdim edirik.

Təhvil verdiyimiz lakonik və praktik mətbəx mebeli müasir üslubda dizayn edilib. Layihənin tərtib zamanı funksionallıq və məkandan maksimum səmərəli istifadə olunması əsas idi. Mətbəxin tavana qədər olması və mətbəx sahəsində yerləşən ada hissəsi ilə buna nail olunmuşdur. Ada hissəsi yemək hazırlama və bişirmə zonası kimi istifadə edilir. Bu cür tərtibat çox funksional və rahat bir həll  hesab olunur. Mükəmməl rəng seçimi sahəni orijinal edir.

Dolab və üzləmə hissəsində MDF şpon materialından istifadə olunub. Daxili frez qulplar, dolabın fasad hissəsində teksturanın 45 dərəcə formada olunmağı effektli və nəcib görsənir.  Layihənin istehsal zamanı yüksək keyfiyyət standartlarına cavab verən material və mexanimzlərdən istifadə olunub.

Nəticə olaraq, dolab və mətbəx sahənin rənglərin ideal uzlaşması, keyfiyyətli material və mexanizmlərdən istifadə edilməsi, hər bir xırda detalın belə nəzərə alınması sayəsində layihə funksional və rahat, zövqlü və vahid alınıb. 

“German Studio” Sizə xəyalınızdakı mətbəx və digər mebellərə sahib olmağınıza kömək edəcək. Hər bir layihəyə individual yanaşılır, sifarişçinin istəkləri maksimum nəzərə alınır və bütün xırda detallara xüsusi diqqət yetirilir. “German Studio”da qəşəng və zövqlü dizayn, Sizi uzun illər sevindirəcək, evinizə rahatlıq və “istilik” qatacaq mətbəx və digər mebelləri əldə edin.