ÇATDIRILMA VƏ QURAŞDIRILMA

"German Studio"-nun mütəxəssisləri mebellərin çatdırılması və peşəkar quraşdırılması da daxil olmaqla, tam çeşiddə xidmət təqdim edir. Müştərilərimizə pulsuz çatdırılma və quraşdırma xidmətini təklif edirik. Çatdırılma və quraşdırma tarixi layihədən aslıdır və müştəri ilə əvvəlcədən razılaşdırılır. Çatdırılma və quraşdırma, şirkətimizə üzv olmadan öncə ətraflı seçim mərhələsindən uğurla keçən mütəxəssislər tərəfdən həyata keçirilir. İşçilərimiz mebelin təhlükəsizliyi üçün şəxsən məsuliyyət daşıyırlar, buna görə də çatdırılma maksimum ehtiyatla həyata keçirilir.

Bizim mehriban və peşəkar kollektivimiz var. Bu o deməkdir ki, mebelləriniz ən qısa müddətdə, təhlükəsiz və etibarlı şəkildə Sizə çatdırılacaq. Bundan əlavə, sürətli və keyfiyyətli quraşdırma həyatınızı asanlaşdıracaq. Biz Sizin üçün çalışırıq və rahatlığınız və məmnuniyyətiniz bizim üçün prioritetdir.