LAYİHƏLƏRİMİZ

Nəsimi Layihəsi

Sizə növbətin təhvil verdiyimiz layihəni təqdim edirik
Layihə, müasir üslubda dizayn edilib. Bu üslub sadəlik, eleqantlıq və praktikliyi ilə fərqlənir.

Layihənini tərtibi zamanı əsas məqsəd məkandan maksimum istifadə, erqonomika və funksionallığın əldə edilməsi idi. Üst dolabların tavana qədər olması, mətbəx sahədə yerləşdirilmiş ada və geniş tutumlu dolablar sayəsində buna nail olunmuşdur. Ada hissəsi əlavə iş və saxlama yerini təmin edir. Ada və dəzgahlıq hissəsində “Corian Calacatta” mərmərindən istifadə edilib. Bu da zərif və lüks görünüş qatmış olur.

Mətbəx, Almaniyanın Hettich şirkətinin ən yaxşı mexanizmləri ilə təchiz olunub. İstehsal zamanı istifadə olunan material Avstriya isehsalıdır. Keyfiyyətli material və mexanizmlərdən istifadə davamlılıq və uzun ömürlüyü təmin edir.

Qulpsuz dolablar, uğurlu rəng seçimi dizayn konsepsiyanı ideal tamamlayır. Nəticə olaraq, layihə Müştərinin istədiyi kimi, erqonomik, praktik, funksional və şık alındı.