LAYİHƏLƏRİMİZ

Grand Həyat Layihəsi

Növbəti təqdim edəcəyimiz layihə, “Grand Hayat” yaşayış kompleksinə təhvil verdiyimiz, mətbəx mebelidir.
Mətbəx, ən populyar üslub olan müasir stildə dizayn edilib. Layihənin tərtibində funksionallıq və komfortluğa üstünlük verilmişdir. Mətbəx mebelin istehsal zamanı membran və laminant materiallardan, dəzgahlıq, önlük və ada hissəsində isə təbii mərmərdən istifadə edilmişdir. Mətbəxdə ada hissənin olması sahəyə rahatlıq və erqonomiklik qatır. Lakoniklik, xəttlərin sadəliyi, təbii materiallar və incə dekor layihəni eleqant və funksional edir. Rənglərin ideal uzlaşması isə interyeri daha da harmonik və şık edir.
Mətbəx ən önəmli sahələrdəndi, məhz buna görə bu səhədə həmişə rahatlıq və funksionallıq prioritet komponetlərdən olmalıdır. 

Kamin hissədəki gizli dolablar funksionallığı ilə sahəyə daha da səliqəli görünüş qatır. Mətbəx və qonaq otağında divarların bir hissəsini təqlid ağac ilə üzlənməsi interyeri orijinal və “təbii” edir. Belə bir tərtibat həmişə trendə olur və sahəyə sakit, rahat atmosfer qatır. Mətbəx hissəsində istifadə edilən ağac imitasiyasından digər məkanlarda, qonaq, uşaq və dəhlizdə istifadə edilməsi interyi tamamlayır və sahə vahid və ahəngdar görsənirrə bu səhədə həmişə rahatlıq və funksionallıq prioritet komponetlərdən olmalıdır. “German Studio”-nun professional dizaynerləri istənilən ölçülü sahəni, müştərinin hər bir istəyini nəzərə alaraq rasional, funksional və peşakarcasına tərtib edir.