LAYİHƏLƏRİMİZ

Ağ Şəhər Layihəsi

Növbəti təqdim edəcəyimiz layihə İtalyan üslubu ilə Alman keyfiyyətinin unikal birləşməsi olan Almaniyanın “Störmer Küchen” mətbəx layihəsidir.

Mətbəx müasir üslubda dizayn edilib. Təhvil verdiyimiz mətbəx mebelində rahatlıq ən kiçik detallara qədər düşünülüb. Dolablar funksional saxlama sistemləri ilə təchiz olunmuşdur. Yüksək keyfiyyətli furnitura, əla daxili tutumluluq və möhkəm fasadlar uzun illər mətbəxdən istifadə rahatlığını təmin edəcəkdir. Alman istehsalçı “Störmer Küchen”  həmişə yüksək keyfiyyəti ilə fərqlənib. Beləki, mətbəxin istehsal zamanı yüksək keyfiyyətli MDF boya, penal hissələrində isə Dijon kolleksiyasına məxsus olan şpon materialından istifadə olunub. Furnitura - Avstriyanın “Blum” şirkətinə məxsusdur. “Störmer Küchen”  mətbəx mebeli unikallıq və funksionallığı ilə seçilir. High Gloss fasadlar parlaq olan səthi ilə mətbəxə lüks görüntü qatır. İşıqlandırma, şüşə qapılar isə ümümi interyerə xüsusi şarmlıq qatmış olur. Mətbəxin yarımada formasında olması sahəyə əlavə funksionallıq, erqonomika və praktiklik qatmış olur.

“Störmer Küchen” mətbəxi dəqiqlik, etibarlıq və keyfiyyət deməkdir. “Störmer Küchen”  müasir, yüksək keyfiyyətli mətbəx mebellərinin layihələndirilməsi və istehsal ilə məşğul olur.

2010-cu ildə German Studio ilə “Störmer Küchen” arasında bir əməkdaşlıq başlanmışdır, hansı ki, bu günə qədər davam edir. Bu gün salonumuzda yalnız özəl sifarişlə metbex mebeli deyil, həmçinin, qonaq, yataq, hamam otağı mebelləri və  daxili qapılar əldə edə bilərsiniz. German Studio mətbəxinizə həqiqi alman keyfiyyəti ilə yanaşı gözəllik, estetik və funksionallıq qatacaq. Zövqünüzə görə bənzərsiz və misilsiz mətbəx yaratmaq üçün Azərbaycanda aparıcı Alman mebel istehsalçılarından biri olan “Störmer Küchen” kimi eksklüziv markaları təklif edirik.