LAYİHƏLƏRİMİZ

Grand Hayat Layihəsi

Bu dəfə təqdim edəcəyimiz layihə “Grand Hayat” yaşayış komlpeksinə təhvil verdiyimiz eleqant və gözəl studio mətbəx mebelidir.

Mətbəx lüks və təmkinliyin sintezi olan neoklassiya üslubunda dizayn edilib və eyni zamanda, modern stillə aid detallar da əlavə olunub. Bu cür üslub həlli neoklassikanı sadələşdirir və məkana modernə xas olan lakoniklik, simmetriya və erqonomikanı qatmış olur.

Layihə aktual olan ağ, önlük və dəzgahlıq hissəsi isə qara rəngdə dizayn edilib. Şüşəli dolab, quraşdırılmış işığı ilə məkana ahəngdarlıq qatmış olur. Zərif tutacaqlar- ağ rəng fonunda orijinal görsənir. Quraşdırılmış məişət texnikasi isə maksimum komfortu təyin edərək məkana rahatlıq qatmış olur.

Mətbəx mebelin istehsal zamanı yüksək keyfiyyət standartlarına cavab verən materialldan istifadə edilib, dəzgahlıq və önlük hissəsi isə temperatura və rütübətə davamlı Corian mərmərdəndir. İstifadə edilən bütün mexanizmlər “Hettich” şirkətinə aiddir. Bu da, mebelin istismar vaxtını uzadaraq, onu daha keyfiyyətli olmasını təmin edir.

Dizaynerimiz mətbəxi maksimal dərəcədə eleqant və komfortlu etməyə çalışıb, burada dekorun hər bir elementi bir-biri ilə ideal birləşərək məkanı vahid və harmonik edir.

Nəticə olaraq, layihə sifarişçinin istədiyi kimi rahat, funksional və zərif alınıb.