LAYİHƏLƏRİMİZ

Buzovna Layihəsi

Növbəti Buzovnada bağ evinə təhvil verdiyimiz ecazkarlığı ilə fərqlənən, klassik üslublu mətbəx mebelini təqdim edirik.

Layihə müştərinin təqdim etdiyi 3D dizayna uyğun hazırlanıb.

Mətbəxin planlaması  U-formalıdır. Bu cür planlaşdırılma erqonomikanın qaydalarına tam uyğun olaraq rahat məkan yaratmağa imkan verir və məkandan maksimum faydalı istifadəni təmin edir. Mətbəxdə yerləşən ada isə əlavə iş, saxlama və yemək yerini təmin edir.

Mebelin istehsal zamanı MDF boya materialından istifadə edilib və Almaniyanın Hettich şirkətinin ən yaxşı mexanizmləri ilə təchiz olunub. Geniş və funksional dolablar qab-qacaq və digər mətbəx əşyalarını rahat saxlanılmasına imkan verir. Daxili işiqlandırma isə həm estetik gözəllik qatır, həm də əlavə işıq mənbəsi kimi istifadə edilir.

Dəzgahlıq və önlük hissəsində istifadə edilmiş, “Corian” şirkətinə məxsus mərmər mebel kompozisiyasına xüsüsi gözəllik qatır.

Mətbəx unikal və zərif ağ rəngdə dizayn edilib. Kontrast ağ və qara rəng sintezi isə məkana nəciblik qatır. Layihədə dekorativ elementlər, karniz, tutacaqlar və s. mətbəx kompozisiyasını zərif şəkildə tamamlayır.

Nəticə olaraq, mətbəx müştərinin istədiyi kimi, yalnız funksional və erqonomik deyil, həmdə eleqant alınıb.

Klassik üslub illər keçsədə aktuallığını itirmir. “German Studio” tərəfindən təhvil verilən klassik üslublu mebel nəcib formalar, harmoniya və ahəngdarlığı ilə fərqlənir.