LAYİHƏLƏRİMİZ

Xətai Layihəsi

Ənənəmizə sadiq qalaraq, bu dəfə də Sifarişçinin bütün istəklərini nəzərə alaraq istehsal olunan funksional və zövqlü mətbəx layihəsini təqdim edirik.
Mətbəxi, üslub baxımdan klassik və antik üslubların müasir interpretasiyası olan neoklassikaya aid etmək olar. Layihədə, üsluba xas olan rahatlıq və funksionallığa üstünlük verilib. İstehzal zamanı fasad hissələrdə yüksək keyfiyyətli MDF boyadan istifadə edilmişdir. Mexanizimlər Almaniyanın “Hettich” şirkətinə məxsusdur. “Samsung” şirkətinə məxsus olan Staron mərməri, mətbəxə xüsüsi şarm qataraq dizaynı mükəmməl şəkildə tamamlayır.