LAYİHƏLƏRİMİZ

Panorama Park Layihəsi

Bu dəfə təhvil verdiyimiz layihə, müştərinin hər bir istəyini nəzərə alaraq tərtib edilmiş, detallara qədər düşünülmüş funksional və rahat mətbəx mebelidir.

Mətbəx loft üslubda dizayn edilib. Bu üslubda dizayn edilmiş mətbəx müasir, cəsarətli, unikal və zövqlü görünüşə sahib olur. Layihədə mebelin tavana qədər olması sahədən optimal və səmərəli istifadə edilməsinə imkan verir və məkana vizual olaraq geniş və səliqəli görünüş qatır. Məhz buna görə, müştərinin rahatçılığı üçün hərəkətli pilləkən mexanizmi quraşdırılıb. Layihənin tərtibi zamanı funksionallıq,  erqonomika və istifadə rahatlığı prioritet komponetlərdən idi. Mətbəx, ən yaxşı ağıllı saxlama həlləri, qaldırıcı və fırlanan mexanizmlər ilə təchiz edilib. Bura daxildir:  künc karusel, penal, hərəkətli pilləkən, kargo və s. mexanimzlər.  Layihənin tərtibində MDF boya materialından, Almaniya və Avstriya istehsalı furnituradan istifadə olunub.

Mətbəx sahəsində quraşdırılmış loft üslublu TV stend rahatlıq təmin edərək məkana xüsusi ahəngdarlıq qatır. Divar hissəsi kərpic ilə dekor edilməsi üsluba xüsusi şarm qataraq, interyeri mükəmməl tamamlayır. İdeal seçilmiş rəng tonları sahəyə isti və rahat atmosfer bəxş edir. Qeyd edək ki, sağ tərəfdə quraşdırılmış qara dolab qrifel lövhəsi kimi də istifadə edilə bilər. Bu lövhə resept, alış- veriş siyahısı, planlar və s. yazılması üçün nəzərdə tutulub.