Mətbəx evin xüsusi bir sahəsidir! Məhz burada biz vaxtımızın çox hissəsini keçiririk. Metbex mebeli rahat, funksional və cəlbedici olmalıdır. Buna görə də buranı yalnız rahat deyil, həm də gözəl etmək istəyirik. Gələcək mətbəx üçün bir dizayn hazırlayarkən, şəxsi zövq, sahənin ölçüsü və tərtibinə, interyerin xüsusiyyətlərinə əsaslanmaq lazımdır. Mətbəx sahəsini tərtib edərkən, ilk növbədə, onun üçün ən uyğun olan üslubu seçmək lazımdır.
Klassika həmişə və hər yerdə aktualdır. Mətbəx sahənin klassik üslubda tərtib edilməsi məkanın rasional təşkilini, təbii materiallardan və nəcib rənglərdən istifadəni nəzərdə tutur.
Üslub xüsusiyyətləti:
Mətbəx mebelin özünə gəlincə, o, əsasən frezerovka tipli dekorativ sütunlar, balustradalar, geniş karnizli və U-formalı böyük kompozisiya təşkil edir. Furnitura eyni zamanda tez-tez köhnə metal rəngində olan dekorativ element “rolunu oynayır” və bəzəkli bir formaya malikdir.
Avanqard üslublu metbex mebeli lüks, eyni zamanda təmkin və mütləq praktikliyi ilə seçilir. Bu istiqamət "yeni klassika", klassik və antik üslubların müasir interpretasiyası sayılır.
Avanqard üslubun xarakterik xüsusiyyətləri:
Mətbəx məkanının tərtibatında təbii qammalardan neytral, tutqun rənglər istifadə olunur. Əsas fon kimi yüngül çalarlar əla uyğun gələcək: qar-ağ, qum, tozlu, sürməyi, bej və ya şaftalı. Boz, yaşıl, zeytun, mavi və sarı rənglərdən də istifadə oluna bilər.
Mətbəx zavod sahəsini imitasiya etdiyinə görə, fasadlar ya ağaca, ya da betona bənzədilməlidir. Qulplar nə qədər az nəzərə çarpırsa, bir o qədər yaxşıdır: kəsilmiş və ya tamamilə olmaya bilər.
Üslubun əsas xüsusiyyətləri:
Aksesuarlar kimi şüşə və metal qablardan istifadə olunur.
Art Deko üslublu metbex mebeli aydın formalar və parlaqlığı ilə xarakterizə olunur. Əsas rəng birləşməsi ağ və qara rəngli bir kontrastdır, lakin metal və şokolad çalarlar ilə kombin oluna bilər. Dekorasiya materialı müxtəlif ola bilər, məsələn: dəri, ağac, metal.
Retro və vintaj metbex mebelin interyerini keçmişin detallarıyla “doldurur”. Onların arasında fərq əks etdirdikləri zamandır. Retro, 50-ci illərin üslubudur, parlaq rənglər və qeyri-adi bir mebel forması ilə xarakterizə olunur.
Vintaj daha əvvəl meydana gəlib. İnteryerdə sakit rənglərdən və klassik xarakterli antik mebellərdən istifadə olunur.
Kantri kənd üslubudur. Bir çox cəhətdən klassik üsluba bənzəyir, lakin sadəliyi və hətta primitivliyi ilə ondan fərqlənir.
Üsluba xas xüsusiyyətlər:
Ümumi kantri üslubundan çıxmamaq üçün quraşdırılmış texnikanı seçmək daha yaxşıdır.
Fransanın eyni adlı vilayətlərdə yaranan daha bir kənd üslubu. Kantri üslubdan daha çox işləmə və romantizmlə fərqlənir. Ümumiyyətlə, provans tərzi çox qəşəng və rahat görünür. İnteryerdə isti pastel çalarlar, çiçəklər və tekstil üstünlük təşkil edir.
Provans üslubda mətbəx interyeri:
Bu üslub iki istiqamətdə olur.
1) Klassik - memarlıqda olduğu kimi, təbii materiallarla, təbiət tematikalı dekorativ elementləri ilə, düz bucaqların maksimal olmaması, onların əvəzinə əyri xətlərdən istifadə olunması ilə xarakterizə olunur.
2) Müasir - konservatizm və klassikadan maksimum uzaq, interyerin bütün müasir cərəyanları.
Mətbəxin interyerinə gəldikdə, əksər hallarda belə bir modernist üslub nəzərdə tutulur. Bu barədə daha ətraflı:
Yüksək texnologiyalar adından da göründüyü kimi, gələcəyin tərzidir. Klassik üslublardan köklü şəkildə fərqlənir. İsti rənglər əvəzinə soyuq, təbii materiallar yerinə - süni, təbii işıq yerinə - LED. Məkandan maksimum faydalı istifadə, soyuq çalarlardan istifadə etməklə həyata keçirilir.
Əsas rəng sxemi - ağ, qara, boz, xrom, parlaq rənglərin qarışması ilə şəffaf. Divarlar və döşəmələr də daxil olmaqla bütün səthlər hamar və yansıtıcı təsir göstərən monoxromatik olur. Buna görə də, mətbəx mebelində parlaq MDF materialı, dəzgahlıq üçün – daş, şüşə və plastik isə məsələn, önlük üçün istifadə olunur. Mat səthlər də ola bilər, onlar parlaqla ziddiyyət təşkil edir və çox effektli görsənir. Qulplar isə gizli olur və ya istifadə edilmir.
Ümumiyyətlə, hay-tek üslub minimalizm (minimum dekorasiya və detallar), dəqiq həndəsə (bütün bucaqlar düz, yeganə icazə verilən print - həndəsi), texnologiya və erqonomiklik (bir çox quraşdırılmış texnika, müasir furnitura, düşünülmüş saxlama həlli) ilə xarakterizə olunur.
Sadəlik və rahatlığı təcəssüm etdirir. İstiqamət geniş bir otaq, sadə xəttlər və funksional mebel ilə xarakterizə olunur. Dekorasiya üçün təbii materiallardan istifadə olunur.
Skandinaviya tərzi funksional, rahat və eyni zamanda gözəldir. Buna görə də populyarlığını itirmir. Skandinaviya üslubun xarakterik bir xüsusiyyəti təbii işığın bolluğudur hansı ki, ağ rəngli mebel ilə vurğulanır. Sahənin genişliyi və rasional istifadəsi şimal üslubunun əsas xüsusiyyətidir.
İnteryerdə təbii ağac - skandinaviya üslublu mətbəxin tərtibatı üçün vacib şərtdir. Çox vaxt, skandinaviya tərzində olan mətbəxi bəzəmək üçün şüşə fasadlı ağ korpus mebeldən istifadə olunur. Döşəmə isə təbii ağac örtüklü olur. Mətbəxin ümumi dekorasiyasında minimum dekor, ənənəvi ev tekstili – ştor pərdələr, pərdələr - istifadə olunmur, əvəzinə Roma və ya roller pərdələri istifadə olunur.
Aralıq dənizində yerləşən müxtəlif ölkələrin mədəniyyət xüsusiyyətlərini özündə birləşdirən, rahatlıq və qonaqpərvərliyin təcəssümü olan isti və koloritli üslub. Aralıq dənizi mətbəx interyerində İspan, İtalyan, Yunan və Morokkan xüsusiyyətləri görünə bilər.
Bu üslubun iki əsas istiqamət var - İtalyan və Yunan.
İtalyan üslubu isti rənglərlə zəngindir: qızılı, terrakot, zeytun. Yunan üslubuna isə soyuq çalarlar xasdır: ağ, göy, sarı.
Aralıq dənizi üslubuna xas olan xüsusiyyətlər:
Müasir interyerdə ən populyar dizayn istiqamətlərindən biri müxtəlif mədəniyyətlərin elementlərinə əsaslanan etnik üslubdur. Bu üslub həm Skandinaviya təbiiliyini, həm Yapon minimalizmini, həm Aralıq dənizi dizaynını, həm də Afrika safarini mükəmməl birləşdirir. Etnik üslub interyerdə müəyyən bir xalqın ənənələri üçün səciyyəvi olan milli koloritdən istifadə etməklə mühitin yaradılmasını nəzərdə tutur.
İtalyan üslubunda mətbəxi bəzəmək üçün yüngül, isti palitradan istifadə olunur. Təbii materiallara üstünlük verilməlidir. Döşəmələr ağacdan, laminatdan və ya linoleumdan hazırlanır. Zeytun yağı, bitki qabları, gil qablar aksesuar kimi istifadə edilə bilər. Divarlar isə İtaliyanın mənzərəli rəsmləri ilə bəzədilir.
İnteryer bir-biri ilə uyğunlaşan bir neçə rəngdə dizayn edilir. Antik mebel tez-tez istifadə olunur, amma mebel funksional olmalıdır. İngilis üslubunda müxtəlif parçalardan bol-bol istifadə olunur.
Amerika üslubu üçün geniş otaqlar xarakterikdir, mətbəx qonaq otağı ilə birləşdirilir. Məkanın zonalaşdırılması rolunda işıq və funksional arakəsmələr istifadə olunur. Rəng palitrası – açıq tonlar.
İki istiqamətə bölünür: asiya və ərəb. Asiya üslubuna təmkinlik, düz xətlər və maksimal işığın olması xasdır. Ərəb üslubu isə əksinə xüsusi dəbdəbə ilə seçilir. Mebel oyma ilə ağacdan hazırlanır, parçanın bolluğu və əl boyalı qablar mətbəxdə üslubu vurğulayır.
Stil minimalistdir, məkan artıq mebel əşyaları ilə yüklənmir. Stilin rəng palitrası təbii pastel çalarları əks etdirir. Mətbəx çini qablar, zərif vazalar və canlı bambuk budağı ilə bəzədilidir.
Stil interyerdə əşyaların bol istifadəsi ilə fərqlənmir, yalnız ağacdan hazırlanmış zəruri mebeldən istifadə olunur. Lakin cəsarətli və parlaq rənglərdən istifadəsi mümkündür. Otaq divar kağızı və ya ağac ilə bəzədilir.
Stil bir çox rəng və naxışları birləşdirir. Mətbəx divarları qeyri-adi naxışlı keramika plitələri ilə bəzədilir. Trendin fərqli bir xüsusiyyəti, Mərakeşin bənzərsiz ekzotizmini çatdıran pəncərələrdəki naxışlı qəfəslər hesab edilə bilər. İstiqamətin fərqli bir xüsusiyyəti, Mərakeşin bənzərsiz ekzotikanı çatdıran pəncərələrdəki naxışlı qəfəslər hesab edilə bilər.
Mətbəx dekorasiyası mürəkkəb naxışlarla ola bilər. Divarları bəzəmək üçün suvaq və ya bəzəkli naxışlı divar kağızı istifadə olunur. Mebel mürəkkəb naxışlarla və döyməli qulplarla bəzədilir və tekstildən istifadə olunur.
Stil minimalist və funksionaldır, interyerdə bütün əşyalar maksimum rahatlıq təmin edir. Dekorosiyada mətbəxin fon funksiyasını yerinə yetirən işıqlı, isti çalarların istifadəsi xarakterikdir. Mebel əşyaları sadə və ciddi formalıdır.
Afrika üslubunda interyer ümumiyyətlə olduqca parlaq və “dinamik”, eyni zamanda rahat və isti olur. Təbiilik Afrika üslubunun konseptual xüsusiyyətlərindən biridir, buna görə bəzəkdə əsasən təbii materiallar istifadə olunur.
Hər bir üslub öz növbəsində unikal və cəlbedicidir, lakin bir çox cəhətdən oxşar və asanlıqla bir interyerdə birləşdirilə bilər. Seçim sizin ehtiyaclarınıza və zövqünüzə bağlıdır. "German Studio" isə istədiyinizi həyata keçirilməsində sizə kömək edəcək. "German Studio" - interyer dünyasına aşiq olan peşəkarlardan ibarət yaradıcı bir komandadır. "German Studio" - dan mənzilinizin, evinizin, ofisinizin və ya restoranın (biz istənilən obyektlərlə işləyirik) layihəsinin işlənib hazırlanması üzrə dizayner xidmətlərini sifariş etməklə siz xəyalınızdakı evin (mənzil, ofis və ya restoran və s.) ən kiçik detallara qədər nəzərə alınaraq tərtib edilmiş layihəni əldə etmiş olacaqsınız.
Məqalə ilə ətraflı aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:
METBEX MEBELLERİ NECE SECİLMELİDİR