Mətbəx mebeli nece seçilməlidir? Bu sual yəqinki hamını maraqlandırır. Yalnız xarici xüsusiyyətlərə diqqət yetirmək lazım deyil. Hərçənd bu səhvi alıcılar tez-tez edirlər, çünki gözəl zahiri görünüşün arxasında keyfiyyətsiz material və istehsal gizlənə bilər.
Müasir mətbəx mebelində, düzgün və təhlükəsiz şəkildə yerləşdirilmiş müxtəlif məişət texnikası olmadan keçinmək mümkün deyil. Məhz buna görə hər bir mətbəx cihazı üçün xüsusi hazırlanmış mətbəx mebeli lazımdır.
Qonaq otağına birləşmiş, yani salon mətbəx sadəcə yemək bişirmək üçün bir yer deyil. Bura, həm də bütün ailənin bir yerə yığışaraq yemək yediyi və istirahət elədiyi bir məkandır. Bu məqalədə bir mətbəx qarniturun seçimində ən çox maraqlandıran suallara cavab verməyə çalışacayıq.
Mətbəx mebeli əldə etməzdən əvvəl onu hansı məqsədlə satın aldığınıza qərar verməlisinz. Mətbəxdə yemək bişirməklə tam məşğul olacağınıza və ya özünüzü yarımfabrikatların isitməsi ilə məhdudlaşdıracağınıza dəqiqləşdirin. İlk variant üçün tam mətbəx mebeli seçilməlidir, ikincisi üçün isə minimum mebeldən istifadə edərək kifayətlənmək olar. Böyük bir ailəniz varsa, özəl sifarişlə yığılan mətbəx mebellərinə üstünlük verin.
Mətbəx interyerin rəngarəng həlli sonda mətbəx mebelin necə görünəcəyinə, eləcə də sahiblətin keyfinə böyük təsir göstərir. Mətbəx mebeli monoxrom və ya bir çox rəngə sahib ola bilər. Seçiminizi evin interyerin rəng sxeminə əsaslanaraq edin.
Mətbəxinizi bu və ya digər rəngdə görmək üçün əvvəlcə dizayn layihəsini tamamlamalısınız. Yalnız mətbəx mebelinin deyil, həm də dizaynı tamamlamağa kömək edəcək müxtəlif xırda etalların rənginə də qərar verməyə dəyər.
1) Kiçik mətbəxlər üçün məkanı visual olaraq genişləndirməyə açıq çalarlar seçmək daha yaxşıdır. Tünd rəng tonları isə sahəni vizual olaraq kiçik göstərdiyinə görə, istifədə edilməməsi daha məntiqə uyğun sayılır.
2) Psixoloqlar iddia edirlər ki, yaşıl mətbəx mebeli sakitlik, təhlükəsizlik hissi bəxş edir. Bundan başqa stressi atmağa, yaxşı iştahanı yaratmağa da köməklik etdiyini söylənilir.
3) Mavi mətbəx mebelinə gəldikdə, əksinə, iştahanı boğduğuna dair bir fikir var. Bu iddiaya yumorla yanaşsaq, necə deyərlər: nə qədər az yeyirsinizsə, o qədər az kilo alarsız! Amma kulinariya mütəxəssisləri iddia edirlər ki, mavi rəngi yalnız qablarda istifadə etmək lazım deyil. Bu rəngli mətbəx mebellleri heç bir narahatçılığa səbəb olmur.
4) Mətbəx interyerində sarı və narıncı rəng pis əhval-ruhiyyə və mövsümi depressiyadan azad edəcək. Bu rəng günəşli yay ilə assosiasiya olunduğuna görə, mətbəxə rahatlıq və istilik gətirəcək.
5) Qırmızı mətbəx mebelinə gəldikdə isə, psixoloqların fikri birmənalı deyil. Bir tərəfdən qırmızı rəng yaxşı bir iştaha oyadır. Digər tərəfdən isə aqressiyaya səbəb ola bilər. Həddindən artıq parlaqlığı gözləri qıcıqlandıra bilər. Buna görə əksər hallarda qırmızı rəngləri təmiz formada istifadə edilmir və onun tutqun çalarlarına üstünlük verilir.
Mətbəxdə müəyyən bir mebeli quraşdırmaq üçün əvvəlcə hazırlandığı materialların xüsusiyyətləri ilə tanış olmaq lazımdır. Aşağıda mətbəx mebelin müxtəlif hissələri üçün ən çox istifadə olunan materiallar verilmişdir:
Mətbəx mebelinin seçimində funksionallıq böyük rol oynayır və ona diqqət yetirmək lazımdır. Rahat və komfortlu bir mətbəx yaratmaq üçün, şkafların öncədən yerləşdirilməsi daha vacib sayılır. Beləliklə, mətbəx mebelin alt hissəsi üçün, müxtəlif hündürlük və formalı siyirmədən (nə üçün nəzərdə tutulduğundan asılı olaraq) istifadə edilməsi tövsiyə olunur.
"German Studio"nun interyer dizaynerləri məkanın hər santimetrdən fayda ilə istifadə edə bilmək üçün çevirici və çəkilən sistemlərə diqqət yetirməyi tövsiyə edirlər. Bu tövsiyə kiçik ölçülü mətbəx sahibləri üçün xüsusilə əhəmiyyətlidir.
Məişət texnikasının mətbəxə necə yerləşdirilməsinə dair bir neçə qayda var. Belə qaydalardan biri iş üçbucağdır və buraya aşağıdakılar daxildir: soba, çanaq və soyuducu. Bu komponentlər arasında 50 sm uzunluğu olan bir dəzgah yerləşdirilə bilər. Bu məsafə, yemək bişirərkən bir elementdən digərinə keçməyə çox enerji sərf etməmək üçün nəzərdə tutulub. Məişət texnikası da məhz bu iş üçbucaqda yerləşdirilməlidir.
Məsələn, mikrodalğalı soba soba ilə birləşdirilə və çoxlu sayda qabları multivarka əvəz edə bilər. Bütün bu texnikalar həyatımızı asanlaşdırır və mətbəx sahəni genişləndirir.
Yekun olaraq vurğulayaq ki, mətbəx üçün mebel seçərkən ilk öncə onu hansı məqsədlə istifadə ediləcəyi barədə düşünməyə dəyər. Rəng çalarları və funksionallığa xüsusi diqqət yetirmək lazımdır. Xəyallarınızda olan ideal mətbəx sahibi olmaq istəyirsiniz? Bütün istəklərinizi dinləyib onları professional şəkildə reallaşdıracaq təcrübəli bir dizayn qrupuna müraciət etmək tövsüyyə olunur.
"German Studio"nun peşəkar dizaynerləri mətbəx mebeli və digər mebellərin dizayn layihəsini hazırlayacaq. Yeri gəlmişkən, şirkətimizdə mebel sifariş edərkən, dizayn layihəsini pulsuz əldə edirsiniz!