XƏBƏRLƏR

GERMAN STUDİO-DA YENİ KOLLEKSİYANIN TƏQDİMATI

Nərzərinizə çatdıraq ki, German Studio Almaniyanın bir neçə məşhur şirkətləri ilə əməkdaşlıq edir. Bu gün German Studio əməkdaşlıq etdiyi Hettich şirkəti ilə tədbir təşkil edib. Tədbirdə Hettich şirkətinin bölqələr üzrə satış meneceri İ.A.Ravil Janschin qonağı oldu.

Dünyanın hər yerində, Hettich markası, keyfiyyət, yenilik, etibarlılıq və müştərilərə yaxınlıq ilə əlaqələndirilir. Hər gün şirkətin 6,600-dən çox işçisi ağıllı mebel texnologiyasının inkişafı üçün öz məlumatlarını sərf edir. Hettich Almaniyanın Kirchlengern şəhərində yerləşir.

Çoxsaylı yeniliklər və yeni ideyalar üçün daimi axtarış Hettich’in müvəffəqiyyəti üçün əsasdır. Bu, mebel üçün müasir və çoxfunksiyalı həllərin tətbiqinə imkan yaradır.  Hettich’in  mebel texnologiyası dünyada mebel sənayesinin inkişafına mühüm töhfə verir.

Tədbirə gələn qonaqlar

salonda olan mebellərin funksionallıqları, mexanimzləri ilə tanış olublar. German Studio-nun hər zaman bir şüarı var:

“Praktik və erqonomik mebel sükunət və rahatlıq mühiti yaradir.”