Sərt iqlim və minimalizm sevgisi ilə seçilən Danimarka, İsveç və Norveçdən bizə keçən skandinaviya stili ən aktual üslublardan hesab olunur.
Mətbəx daxili dizaynına xüsusi diqqətlə yanaşmaq lazımdır. Yalnız bu üsluba xas olan bir neçə aspekt mövcuddur:
1) Ağ rəngin çoxluq təşkil etməsi. Skandinaviya üslublu bir otaqda ilk gözə çarpan məhz bu rəngdir. Yeri gəlmişkən, müxtəlif kontrast çalarlar (qırmızı, qara, yaşıl) ağ fonda əla görünür.
2) Minimalizm və funksionallıq.
3) Formaların sadəliyi və müxtəsərliyi.
4) Mətbəxin mebel və dekorasiyasında təbii materiallardan istifadə edilməsi.
5) İşığlı olması. Mətbəxdə pəncərələr kiçik olsa belə, lampalar və daxili işıqlandırma istifadə edərək bir az işıq əlavə eləmək olar. Bu cür işıqlandırma cihazları otağın zonalaşmasında da istifadə edilə bilər.
Bir üslubda bir otaq tərtib etmək olduqca sadədir, əsas odur ki, müəyyən bir üslubun bütün xüsusiyyətlərini öyrənmək və onlara riayət etməkdir. Bir neçə üslubu birləşdirərək mətbəxə orijinallıq və qeyri-adilik vermək olar.
Beləliklə, tam Skandinaviya üslublu bir mətbəx sizin üçün çox sadə və hətta bir az darıxdırıcı görünürsə, interyerə biraz dəyişiklik eləmək olar. Skandinaviya stili asanlıqla digər interyer üslublarla uyğunlaşır.Bu üslub aşağıda qeyd olunan üslublarla mükəmməl uyğunlaşır:
Skandinaviya interyerdə əsas rəng ağ və onun bütün çalarlarıdır. Ağ rəng kiçik ölçülü mətbəxi visual olaraq genişləndirir, təravətləndirir və interyerə yüngüllük əlavə edir. Lakin, skandinaviya üslubu ancaq ağ rəngli interyerdən ibarət deyil. Şübhəsiz ki, digər parlaq rənglərə də diqqət yetirmək vacibdir. Ağ tonu mətbəxə yüngüllük və visual genişlik vermək üçün yalnız bir fon olaraq istifade olunur.
Bu stil aşağıda qeyd olunan rəng çalarları ilə mükəmməl uyğunlaşır:
Bir otaqda eyni rəngdən həddindən artıq və bütün rənglərdən istifadə etməmək çox vacibdir. Unutmayın ki, ilk növbədə minimalizm ideyasına riayət etmək lazımdır.
Parlaq və tünd rəngli divarların, qara döşəməylə birləşməsi möhtəşəm görünür. Taxta döşəməyə alternativ kimi plitələr istifadə oluna bilər. Yüngül, soyuq çalarlarda plitələr seçin. Divarların dekorasiyasında açıq boz, ağ və yaxud zərif-bej rəng çalarlardan istifadə edilə bilər. Monotonik və yaxud bir hissəsi naxışlı olan divar kağızından istifadə edilə bilər. Əgər, naxışlı divar kağızı yapışdırmaq qərarına gəlsəniz, bunu bir divara etmək daha yaxşıdır, qalan hissəsini isə interyeri çox aktiv olmayacaq şəkildə monofonik etmək olar.
Bəs önlük necə olmalı? Adətən ağ rəngdə və kərpic işlərini təqlid edir, amma buna baxmayaraq müxtəlif rəng çalarlarında da ola bilər. Önlük dekorasiyası üçün şüşə, mozaika və əlbəttə ki, taxta panellərdə işlənə bilər.
Daha çox işıq olsun
Skandinaviya üslublu bir mətbəxdə həmişə yüngül materialdan hazırlanmış böyük pəncərələr və açıq rəngli pərdələr görmək olar. Pərdələr asılmaya da bilər. Adətən pəncərələrin rəngi döşəmənin rəngilə uyğunlaşır. Skandinaviya interyerin ayrılmaz hissələrindən biri məhz süni işıqlandırma mənbələridir.
Mebelin seçilməsi
Skandinaviya üslublu mətbəx əsasən ciddilik, lokaniklik və minimum mebel quraşdırması ilə seçilir. Mətbəx və yemək sahəsi təbii materiallardan, ən çox ağacdan hazırlanır. Mətbəx dəstinin fasadları tamamilə ağ ola bilər və dəzgahı isə ona tam ziddiyyətli bir rəngdə, məsələn, qara rəngdə bəzənilə bilər. Qarnitur tutacaqları sadə və yaxud metallik ola bilər. Mebel və cihazların səthinin tez-tez parlaq olması və beləliklə işığı əks etdirməsi diqqət çəkir - bu texnikanı kiçik bir mətbəxdə sınaya bilərsiniz: parlaq şkaflar, xrom alətlər və metal səthlərin bolluğu məkanı əyani şəkildə genişləndirəcək və müasir göstərəcəkdir. Skandinaviya interyerdə masalar və oturacaqlar az işlənmiş açıq rangli ağac materialından və ya əksinə parlaq rənglərlə hazırlanır.
Beləliklə, biz skandinaviya dizaynını nə üçün sevirik? Hay-tek üslubun soyuqluğunu provans stilin sadəliyi il balanslaşdıraraq və eyni zamanda müasir klassik məkan olaraq qala bildiyi üçün. Belə çıxır ki, Skandinaviya üslubunda olan mətbəx-genişliyi sevən və interyerdə sakitlik axtaran müasir insanın seçimidir.
“German Studionun” peşəkar dizaynerləri sizin üçün mətbəx salonu və digər otaqlar üçün dizayn layihəsi hazırlayacaq və təcrübəli tikinti qrupları dizayner nəzarəti ilə mənzilin və ya evin yüksək keyfiyyətli təmirini həyata keçirəcəklər. Eyni zamanda, şirkətimizdə təmir sifariş edərkən, dizayn layihəsini pulsuz əldə edirsiniz!