XƏBƏRLƏR

Müasir TV stend modellərin xüsusiyyətləri

Heç bir qonaq otağı TV stend kimi çoxfunksiyalı mebel olmadan keçinə bilməz. Əgər əvvəllər belə bir interyer elementi hər bir mənzildə tapılmırdırsa, indi qonaq otağı üçün müasir TV stendlər otağın təşkilində ən vacib elementlərdəndir.

kamin ilə tv stend modeli   divar üzləməsi ilə tv stend modeli qonaq otağında

TV stend modelləri nə ilə fərqlənirlər?

TV stendlər üslubuna, konfiqurasiyaya, təyinata, ölçülərə görə fərqlənə bilər, ancaq bir şeydə eynidirlər - hətta kiçik bir qonaq otağının məkanını mümkün qədər erqonomik şəkildə təşkil etmək üçün istifadə edilə bilər. Bu məqaləni oxuyaraq, müasir TV stend necə olur, onu necə düzgün seçmək olar və sifariş zamanı nələrə diqqət yetirmək lazımdır haqqında məlumat ala bilərsiniz.

 

işıqlı tv stend modeli   qonaq otağında işıqlı tv stend

 

Tv stend hansı elementlərdən ibarətdir?

Ayrı-ayrı elementlərdən ibarət olan müasir TV stendləri, istədiyiniz mebel kompozisiyasını yığmağa imkan vermələri baxımından əlverişlidir. Gəlin baxaq müasir tv stendinə nələr daxildir.

Adi dəstə aşağıdakı elementlər daxildir:

Texnika altı tumba - çox vaxt oyun konsolu, ev kinoteatrı və s. üçün istifadə edilir. Tumba təkərli və ya stasionar, açıq və ya qapalı ola bilər.

 

mərmər teksturalı tv stend modeli   boz rəngində tv stend modeli

 

Vitrin, daha doğrusu qapıları və bəzən daxili şüşəli rəfləri olan əlavə dolab. Belə mebel alarkən şüşə və furniturun qalınlığına və keyfiyyətinə diqqət yetirmək lazımdır. Buarada heykəlciklər, qablar, medallar və ya mükafatlar yerləşdirilir.

 

tv stend modeli jurmal masa   qonaq otağında tv stend divan stul

 

Divar dolabları - əşyaların saxlanması üçün qapalı və ya açıq olur.

Komod - geyim və ya yataq dəstlərinin rahat saxlanılması üçün daha bir element. Divarın ümumi kompozisiyasına əsaslanaraq müxtəlif ölçülü olur.

 

qonaq otağında qırmızı tv stend modeli   ağ tv stend modeli

 

Kitab rəfi, yalnız kitabları deyil, əlavə dekorları da saxlaya biləcəyiniz rəfləri olan bir mini şkafdır. Bəzi hallarda kitabların tozdan qorunması üçün bu rəflər şüşə qapılar ilə bağlanılır.

 

rəfli tv stend modeli   işıqlı tv stend modeli

 

TV stendlərin növləri

TV stendlər konfiqurasiyaya görə fərqlənir, buna görə də onları üç növə bölmək olar:

Düz TV stendləri bir divar boyunca quraşdırılır. Belə bir konstruksiya bütün divar boyu quraşdırıla bilər və ya divarın yalnız bir hissəsini tuta bilər. Adətən simmetriyanı nəzərə alaraq mərkəzə yerləşdirilir.

 

modern işıqlı tv stend modeli divan kamin   divar üzləmə ilə tv stend modeli

 

Künc TV stendi, kiçik mənzillərdə daha populyardır, çünkü sahədən səmərəli istifadəni təmin edir.

U formalı TV stendi, ən çox böyük və geniş qonaq otaqlarında quraşdırılır. Funksionallığı ilə əşyaların keyfiyyətli və rahat saxlanmasını təmin edir.

 

boz rəfli tv stend modeli   boz və ağac teksturalı tv stend modeli

 

Fərdi elementlərdən ibarət modul TV stendi, məkandan maksimum səmərəli istifadə etmək və ona şık və müasir bir görünüş vermək üçün nəzərdə tutulur.

İki tərəfli TV stendlər, əgər otağı iki zonaya bölməyə ehtiyac varsa, bu stendlər effektli görsənəcək.

 

qonaq mebeli tv stend modeli   qonaq otağı mebeli tv stend modeli

 

TV stendlər adətən hansı materialdan hazırlanır?

Müasir TV stendlər MDF, LDSP, DVP və ya ağacdan hazırlanır, çünki bu materiallar dizaynerlərin ən parlaq, praktik və rahat fikirlərini təcəssüm etdirməyə imkan verir.

 

işıqlı tv stend modeli kamin   tv stend modeli mətbəx mebeli

 

TV stendlər hansı üslubda dizayn edilə bilər?

Müasir TV stendlərin dizaynı zamanı ən çox üç istiqamətdən istifadə edilir.

Klassik üslub - heç vaxt dəbdən düşmür, təmkinli, sərt xüsusiyyətləri və minimum dekorasiyası ilə alıcıları cəlb edir.  Adətən belə TV stendlər geniş, oyma və zərif furnitutralı  olurlar. Bu cür TV stendlər çoxfunksiyaldır və demək olar ki, bütün elementləri özündə birləşdirir. Stendin bütün elementləri bir-biri ilə ahəngdar şəkildə uzlaşır. Belə TV stendlərinin üstünlüyü genişliyi və praktikliyidir.

 

klassik tv stend modeli   divan klassik tv stend modeli

 

Kantri üslubunda TV stendlər qonaq otağına fərdilik və rahatlıq verir. Belə TV stendlər üçün təbii ağac fasadları, dekorasiya üçün açıq rəflər, şüşə üzərində oyma və ya naxış şəklində əlavə bəzək kimi detallar səciyyəvidir.

 

vitrin klassik tv stend modeli   klassik qonaq dəsti tv stend modeli

 

Hay-tek üslublu TV stendlər, lakoniklik və yüksək funksionallığı ilə getdikcə daha çox populyarlaşır. Bu cür mebeldə elementər az olur, buna görə çox yer tutmur. Bu üslub, xarici furniturların demək olar ki, tamamilə olmaması ilə xarakterizə olunur, qapılar yüngülcə basaraq açılır. Fasadlar monoxromatik, əlavə dekorasiyasızdır. Bütün bunlar bütövlükdə belə TV stendləri zərif, şık və yüngül edir.

 

modern tv stend modeli   modern qonaq mebeli tv stend modeli

 

TV stendlərin rəng tərtibatı

TV stendin seçilməsi zamanı mebelin rəng qamması da mühüm əhəmiyyət kəsb edir və bu, otağın ümumi interyerinə uyğun olmalıdır. Müasir TV stendlərin tərtibində ən çox üç növ rəng birləşməsindən istifadə olunur ki, bu da istənilən interyer üçün mebel seçməyə imkan verir.

 

neoklassik tv stend modeli   modern qara tv stend modeli

 

TV stendinin bütün elementləri eyni rəngdə olan monofonik, bəzi hallarda isə effekt üçün bir və ya iki tona fərqlənə bilər.

Bir-birinə yaxın rənglərin zintezinə əsaslanan harmonik birləşmələr. Məsələn, qırmızı və narıncı.

Ziddiyyətli - eyni zamanda ahəngdar görünən (qara və ağ, qırmızı və ağ) iki tamamilə fərqli rənglərin möhtəşəm birləşməsi.

 

modern ağ tv stend modeli   modern boz tv stend modeli

 

Müasir bir TV stend alarkən nələrə diqqət edilməlidir?

Qonaq otağı - yalnız qonaqların qəbul edildiyi yer deyil, həm də bütün ailə üzvləri üçün, ailəvi istirahət zonasıdır, ona görə də burada rahat və yüngül şərait yaratmaq belə vacibdir, hansı ki, etibarlı ünsiyyətə malik olacaq. Qonaq otağında TV stend seçərkən bəzi amilləri nəzərə almaq vacibdir:

1. Bir televizor stendi almadan və ya sifariş vermədən əvvəl, otağa sığması üçün ölçülərini, hündürlüyünü, uzunluğunu və dərinliyini düşünün. Rəflərin hündürlüyünü ölçün ki, onlardan istifadə etmək rahat olsun, şkafların eni, əşyalarınız onlara yerləşsin, hətta açıq qapıların eni ölçün ki, onları açanda çətinlik yaranmasın.

2. TV stendi daha çox hansı məqsədlə əldə edəcəyinizi əvvəlcədən düşünün. Bəlkə də əsas məqsəd əşyaları və ya kitabları saxlamaqdır. Bəlkə də bir televizor stendi interyerə əlavə olaraq lazımdır və əlavə şkaflara ehtiyac yoxdur. Yoxsa, onun üzərində həcmli akustik sistem və televizor yerləşəcək. Hər bir variant üzərində düşünmək və funksionallıq baxımdan tam uyğun olanı əldə etmək lazımdır.

 

parlaq tv stend modeli   neoklassik vitrinli tv stend modeli

 

3. Qonaq otağı üçün bir TV stendi alarkən,  ümumi mənzərədən fərqlənməməsi və interyerə ahəngdar şəkildə uzlaşması üçün otağın dekoruna və rəng sxeminə riayət edin.

4. TV stendi seçərək otağın ölçüsünü nəzərə alın: kiçik otaqlar üçün yüngül modul konstruksiyaları seçin. Geniş qonaq otağına TV stendləri bütün uzunluğu quraşdırmaq mümkündür.

 

modern kamin və tv stend modeli   klassik qonaq mebeli tv stend modeli

 

5. TV stendin hazırlandığı material da böyük əhəmiyyət kəsb edir. Ən əlverişli məhsullar, qulluğa da asan olan LDSP-dən hazırlanır. Təbii ağacdan hazırlanmış TV stendləri istismar zamanı daha çox diqqət tələb edir. Bu materialların hər birinin həm üstünlükləri, həm də mənfi cəhətləri var ki, satın almadan əvvəl diqqətlə qiymətləndirilməlidir.

Müasir TV stend modelləri şık və gözəldir, onlar adi otaqdan rahatlıq və komfortluq nümunəsi olan bir yer yarada bilərlər.