1) Məkanın birləşdirilməsi
Getdikcə məkanların, yani mətbəxi qonaq və ya yemək otağı ilə birləşdirilməsi, dizaynerlər və ev sahiblərin arasında daha da populyaşır. Adalı və ya şık bir bar masası olan mətbəx dizaynı xüsusilə aktualdır.
2) Təbii və futuristik faktura
Ağac, metal və daş müasir bir mətbəxin 3 əsas materiallarıdır. Materialların və ya fərdi elementlərin kombinasiyası möhtəşəm bir görünüş verir: ağac panellər, metal mozaika önlük, bar masada daş plitələri və s.
3) Monoxrom
Dekorasiya və qarnitur tünd rəngdə ola bilər, ancaq dəzgahlıq və önlük hissəsində isə açıq rəng tonunda olmalıdır. Mühüm faktura: ağac, daş, şüşə, beton, keramika.
4) Rəng bölgüsü
Bu üsul parlaq rəng tonuda dizayn edilmiş mətbəx üçün ideal seçimdir. Beləliklə, məkanı asanlıqla bölə və sahəni səliqəyə salmış olursunuz.
5) 2 rəng birləşməsi
Dizayn layihələrində daha çox iki rəng çalarında bəzədilmiş mətbəxləri görmək olar. Adətən, bunun üçün əsas rəng neytral, əlavə olaraq daha parlaq və kontrastlı və ya əksinə səssiz rəng tonu seçilir.