XƏBƏRLƏR

"GERMAN STUDİO" - DA BEYNƏLXALQ QADINLAR GÜNÜNƏ HƏSR OLUNMUŞ MASTER-KLASS

Mart ayının əvvəlində “German Studio” Beynəlxalq Qadınlar Gününə həsr olunmuş  master-klass təşkil etmişdi. German Studio qərara aldı ki, gözəl cinsin nümayəndələri üçün ən yaxşı hədiyyə bəylərin əlləri ilə hazırlanmış yeməklər olacaq. Buna görə də, o, bəylər üçün qeyri-adi bir master-klass keçirdi, burada onlar öz kulinariya qabiliyyətlərini nümayiş etdirdilər. Bu işdə onlara "Сыроварня" (Новиков групп) restoranının aşpazı Kamran Əsgərov kömək edirdi. Onun köməyi və German Studio-nun funksional mebelləri sayəsində çox dadlı yeməklər hazırlaya bilmişlər.

Bizimlə olan hər kəsə bir daha təşəkkürümüzü bildiririk (İlham Hacıyev, Kamran Əsgərov, Məbud Məhərrəmov, Fərhad Pərvizi, Həmid Herisçi, Anar Yolçiyev, Rufat Nahid Aliyev, Azər Qərib, Fərhad Məmmadov, Xəyal Məmmədxanlı, Ceyhun Cabbarov). 

 Əgər siz gözəl xanımlarınızı sevindirmək istəyirsinizsə, onda misilsiz zövq və yüksək keyfiyyəti ilə seçilən German Studio məhsullarını hədiyyə kimi seçin. 

Sizlərə maraqlı və bizim üçün unudulmaz gündən olan fotoları təqdim edirik