XƏBƏRLƏR

German Studio -dan İnteryer Həlli (Nərimanov r-nu)

Bu dəfə Sizə Nərimanov rayonunda təhvil verdiyimiz layihəni təqdim edirik. Mənzildə dəhliz, mətbəx, yataq, uşaq və qarderob otaqları “German Studio” tərəfindən təchiz olunub.

Layihənin tərtibi zamanı, hər zaman olduğu kimi, müştəri istəyi və keyfiyyət prioritet idi.

“German Studio” gənc otağının tərtibi üçün zövqlü və erqonomik həlli təklif edir. Pəncərənin yanında gənclər üçün rahat bir yazı masası və rəflər yerləşdirilib. Masa rahatlığı ilə yanaşı funksionaldı, belə ki, təkər üzərində olduğuna görə asanlıqla çəkilə və yeri dəyişilə bilər. İndividual hazırlanmış çarpayılar isə super rahatlığı ilə komfortlu yuxu və istirahəti təmin edəcəkdir. Çarpayılarda quraşdırılmış siyirmələr, otaqda əlavə yer tələb etmədən saxlama yerini təmin edir. Geniş dolab tutumluğu və gözəl görünüşü ilə otağın interyerini ideal tamalayır.

      

Təhvil verdiyimiz hər bir dolab tutumluluq, funksionallıq və keyfiyyəti ilə fərqlənir, eleqantlığı ilə isə məkana səliqəlik və nəciblik qatır. Qulplar isə estetik görünüşü ideal tamamlayır. İstehsal zamanı yüksək standart keyfiyyətinə cavab verən material və maxanizmlərdən istifadə isə keyfiyyəti, möhkəmliyi və davamlılığı təmin etmiş oldu.

      

      

      

 

Yataq otağında quraşdırılmış, klassik üslubda dizayn edilmiş güzgülü dolab nəcibliyi və praktikliyi ilə yanaşı məkanı vizual genişləndirir.

      

Bütün mebellərin istehsalında MDF boya materialı və “Hettich” şirkətinə aid mexanizmlərdən istifadə olunmuşdur. Bu da, yüksək keyfiyyət və davamlılığı təmin etmiş oldu.

      

Bu da son deyil, gördüyünüz bu layihədə təhvil verilən bütün mebelləri aşağıdaki linkə keçid edərək baxa bilərsiz:

Nəriman Nərimanov Layihəsi  

Nəticə olaraq, individual yanaşma, düzgün seçilmiş rəng çalarları, detallara xüsusi diqqət verilməsi sayəsində müştəri istədiyi kimi, zövqlü, rahat və funksional mebel əldə etmiş oldu.

Layihə ilə daha ətraflı tanış olmaq üçün aşağıdaki video çarxını izləyə bilərsiz. Sizə xoş izləmələr!