FENİX NTM (Nano Tech Matt Material), mexaniki zədələrə, kimyəvi və fiziki amillərə qarşı davamlı, dərin doymuş rəng və gözəl mat səthə malik olan yüksək texnologiyalı nanomaterialdır. FENİX NTM-qatrandan istifadə etməklə elektron-şüa prosesinin köməyi ilə hazırlanmış akril əsaslı supermat nanomaterialdır.
Bu plastikin bu qədər diqqətəlayiq xüsusiyyətlərinin səbəbi onun molekulyar quruluşundadır. Beləliklə, Fenix fasadı mikro quruluşu sayəsində aşağı işıq yansıtmasına malikdir, buda fasad rənginin dərinliyini və təmizliyini təyin edir.
FENİX NTM, mexaniki zədələnmədən sonra özünübərpa qabiliyyətinə malikdir. Bu necə olur? İndi sizə izah edəcəyik!
FENİX NTM plastikinin quruluşu, "yaddaş polimeri" adlanan kəsişən liflərlərdən ibarətdir. Materialın səthi cızılsa, polimer şəbəkə deformasiya uğrayıb sabit gərginlik vəziyyətinə daxil olacaq. Örtüyün qızdırılması zamanı struktur karkasın hərəkətliliyi artır və ilkin formasını bərpa edir. Beləliklə, FENIX NTM plastiki özünü bərpa edir və bu, onu bütün mövcud analoqlardan köklü şəkildə fərqləndirir.
FENİX NTM-in daha hansı üstünlükləri var.
İtalyan nanoplastikası universaldır və vanna otağı, mətbəx, dəhliz, qonaq otağı və digər mebel istehsalında istifadə edilə bilər. Davamlılıq və termik emal vasitəsi ilə bərpa olunmasının sayəsində, material istismar müddəti ərzində ilkin zahiri görünüşü qoruyub saxlayır.
Digər üstünlüklərə aşağıdakılar daxildir:
FENİX NTM fasadların əsas üstünlükləri.