XƏBƏRLƏR

GERMAN STUDIO CELT KURSLARINDA TƏHVİL VERDİYİ MEBELLƏR

    Fabrikimizin resursları istənilən mürəkkəblikdə olan  layihələri yerinə yetirməyə imkan verir və böyük təcrübənin olması isə ən yüksək səviyyədə xidmətin həyata keçirilməsinə kömək edir. 

   "Celt" ingilis dili kursları bizim partnyorumuzdur. Kurslarda bütün mebel və kafe avadanlıqların quraşdırılmasında German Studio şirkəti bilavasitə iştirak edir. Mebellərin istehsal zamanı Avstriya şirkəti olan Egger laminatlarından, şpon və ağacdan, MDF boyadan və dəmir profillərdən istifadə olunub. Şəkillərdə gördüyünüz Celt kurslarında yerləşən bu kafe bizim işimizdir.

    Bununla German Studio göstərir ki, yalnız mətbəx mebeli yox, həmçinin tədris müəssisələri, kafe və restoranlar üçün mükəmməl  mebellər istehsal edir.