Yaxşı mətbəx mebeli, bütün əşyaların öz yerində və əlinin altında olması, rahat bir mətbəxdir. Mətbəx mebelin hər bir millimetri səmərəli istifadə edilməli və maksimum fayda gətirməlidir.
İnduksiya paneli altında siyirməli şkaflar, canaq altında quraşdırılmış çekmece elementləri və "Le Mans" künc sistemləri mətbəxinizdə olan sahənin ən yaxşı istifadəsini təmin edəcək.
Ədviyyatlar və yağlar üçün açılan bloklar, kiçik əşyalar üçün qarmaqlar və ya bıçaqlar üçün asma blok - bu kiçik köməkçilər hər zaman yerində olacaqlar.
Zibil yığma və saxlama sistemləri qapağın açılmasını avtomatlaşdırmağa imkan verən xüsusi mexanizmlərlə təchiz olunmuş bir neçə səbətdir. Bu cür səbətlər zibillərin ayrı-ayrı toplamasını, qapalı saxlanmasını və qoxuların olmamasını təmin edir.
Mətbəx mebelində tutacaqlar, ayaqlıq hissələr, eləcə də şəffaf və ya tutqun şüşə rəflər işıqlandırma ilə təchiz oluna bilər. LED-işığı pultdan idarə etmək, intensivliyi dəyişdirmək, işıq kölgəsini istidən soyuqa tənzimləmək mümkündür.
Bir toxunuşla xüsusu asan açılma sistemləri (С-DRIVE, TIP-ON) güclü estetik bir arqument və maksimum rahatlıqdır. Siyirməli şkaflar və ya çəkməli elementlərin açılması əl, diz və hətta bir barmağın yüngül bir toxunuşu kifayət edəcəkdir.
Yüksək texnologiyaların pərəstişkarları üçün mətbəxi sensor idarəetmə sistemləri ilə təchiz edilməsi uyğundur. Gizli, açılan və qurulan USB elektrik yüvaları, və qorunan qalxan ekranları quraşdırmaq mümkündür.