XƏBƏRLƏR

ALMAN MEBELİN ƏNƏNƏSİ VƏ KEYFİYYƏTİ

     İstisnasız olaraq, bütün millətlərin bir çox yaradıcılıq sahəsi ilə əlaqəli öz ənənələri var. Eyni qayda mebel sənayesi üçün də keçərlidir. Skandinaviya mebeli-asketizm və sadəlik, İtalyan mebeli – zövq və dəbdəbə, Britaniya – klassika və zəriflik, Fransız – ampir və s. Dəyişilməyən ənənəvi istehsalı və özünəməxsus dizaynı ilə fərqlənən alman mebelləri də istisna deyil. Almaniyada mebel istehsalı ənənələrin kökü özəl sənətkarlığın çiçəklənmə dövrü sayılan orta əsrlərə gedib çıxır.

    Alman mebeli keyfiyyətin, dözümlüyün və funksionallığın simvolu hesab olunur. Augsburqdan Kölnədək emalatxanalarda istehsal olunan müasir mebel, yalnız Avropa bazarında populyarlıq qazanmır. Almaniyada Mebel təkcə mebel fabrikləri tərəfindən deyil, həm də özəl ustalar tərəfindən istehsal olunur ki, bunların da hər biri ölkənin mebel sənayesinin çiçəklənməsinə öz töhfəsini versin. Hər kəs bilir ki, kütləvi istehsal zamanı mebeldə dekorativlik və unikallıq itir, lakin bu baxımdan alman mebeli qüsursuzdur, kiçik emalatxanada və ya iri fabrikdə hazırlanmasından asılı olmayaraq.

 

Alman-istehsali-metbex-mebelleri-tv-stend-qarderob-interyer-dizayn-metbex-mebeli-alman-metbex-mebelleri-kuxna-kuhna-mebeli-metbex-mebeli-endirim-qiymet-germanstudio.az   Alman-istehsali-metbex-mebelleri-tv-stend-qarderob-interyer-dizayn-metbex-mebeli-alman-metbex-mebelleri-kuxna-kuhna-mebeli-metbex-mebeli-endirim-qiymet-germanstudio.az

     Almanlar çox diqqətlidirlər, məhz buna görə də istisnasız olaraq bütün detallara həssaslıqla yanaşırlar. Onlar ağacın, parçaların, furniturun keyfiyyətini çox diqqətlə yoxlayırlar, buna görə alman mentalitetinin xüsusiyyətləri və əsrlik ənənələri alman mebelinin dünya bazarında lider mövqeyini saxlamağa imkan vermişdir.

Alman mebellərinin yeni modelləri müasir inkişafın izini daşıyır, lakin yoxa çıxmasını təsəvvür etmək mümkün olmayan klassik mebellər hələ də istehsal olunur. Üstəlik, Almaniya daim texnoloji yenilikləri işləyib hazırlayır və dünyada texnoloji ölkə nüfuzunu qazanıb. Alman istehsal divanlar dünyanın hər yerində alıcılar tərəfindən çox bəyənnilir. Yerli ustalar furniturların və üzlük materiallarının seçiminə çox diqqətlə yanaşırlar. Dəri mebeli xüsusilə məşhurdur. Beynalxalq standartlara uyğun dəri istehsalının unikal metodlarından istifadə olunaraq hazırlanır. Dəri xammal diqqətlə yoxlanılır və seçilir, aşılayıcı vasitələrlə emal edilir, nəticədə dəri yumşaqlığını və elastikliyini qoruyur.

 

   Alman-istehsali-metbex-mebelleri-tv-stend-qarderob-interyer-dizayn-metbex-mebeli-alman-metbex-mebelleri-kuxna-kuhna-mebeli-metbex-mebeli-endirim-qiymet-germanstudio.az   Alman-istehsali-metbex-mebelleri-tv-stend-qarderob-interyer-dizayn-metbex-mebeli-alman-metbex-mebelleri-kuxna-kuhna-mebeli-metbex-mebeli-endirim-qiymet-germanstudio.az