XƏBƏRLƏR

Niyə adalı mətbəx mebeli uğurlu seçim hesab olunur?

"Ada" mətbəx sahəsinin mərkəzində yerləşən müstəqil bir mebel parçasıdır. Yerləşməsinin və funksionallığının sayəsində  mətbəx adası "çanaq – soba – masa" adlanan iş üçbucağına daxildir. Ona ya bişirmə səthi, ya da çanaq quraşdırılır. Bundan əlavə, "ada" əsas iş sahəsi olaraq, yemək və ya bar masası kimi istifadə edilə bilər - funksionallıq dizayn layihədən asılıdır.

 

Alman-istehsali-metbex-mebelleri-tv-stend-qarderob-interyer-dizayn-metbex-mebeli-alman-metbex-mebelleri-kuxna-kuhna-mebeli-metbex-mebeli-endirim-qiymet-germanstudio.az   Alman-istehsali-metbex-mebelleri-tv-stend-qarderob-interyer-dizayn-metbex-mebeli-alman-metbex-mebelleri-kuxna-kuhna-mebeli-metbex-mebeli-endirim-qiymet-germanstudio.az

 

Niyə adalı planlama uğurlu həll hesab olunur?

Adalı bir mətbəxin tərtibatı, şübhəsiz ki, həm dizayn seçərkən, həm də birbaşa quraşdırma zamanı ciddi səy tələb edəcək, çünki tumba-masaya kommunikasiyaları çəkmək, döşəməni qaldırıb, bütün konstruksiyanı bərkitmək, sahəni hesablamaq və bir çox detallara diqqəti yönəltmək lazımdır.

Ancaq bu dizayn seçiminin bir çox üstünlükləri var.

Erqonomiklik. Mətbəx adası iş üçbucağının “zirvələrindən” biri olur: ya masa, ya yuma, ya da bişirmə səthi. Mətbəx sahəsinin mərkəzində yerləşdiyi üçün mətbəxdə bir neçə nəfərin işləməyinə imkan verir.

 

Alman-istehsali-metbex-mebelleri-tv-stend-qarderob-interyer-dizayn-metbex-mebeli-alman-metbex-mebelleri-kuxna-kuhna-mebeli-metbex-mebeli-endirim-qiymet-germanstudio.az   Alman-istehsali-metbex-mebelleri-tv-stend-qarderob-interyer-dizayn-metbex-mebeli-alman-metbex-mebelleri-kuxna-kuhna-mebeli-metbex-mebeli-endirim-qiymet-germanstudio.az

 

Funksionallıq. Teorik olaraq, adalı bir mətbəx üçün heç bir sərhəd yoxdur: mərkəzi hissədə həm çanaq, həm bişirmə səthi, soba və qabyuyan maşın quraşdırıla bilər. Sifarişə əsasən ada və quraşdırlmış şərab dolabı ilə, mini bar və ya soyuducu ilə bir mətbəx əldə edə bilərsiniz, bütün bunlar sizin arzularınızdan, dizayn fikirlərinizdən və otağın texnoloji imkanlarından asılıdır. Əsas odur ki, əgər siz elektrik və ya qaz plitəsini quraşdırmaq niyyətindəsiniz ada üzərində aspirator quraşdırmağı unutmayın.

 

Alman-istehsali-metbex-mebelleri-tv-stend-qarderob-interyer-dizayn-metbex-mebeli-alman-metbex-mebelleri-kuxna-kuhna-mebeli-metbex-mebeli-endirim-qiymet-germanstudio.az   Alman-istehsali-metbex-mebelleri-tv-stend-qarderob-interyer-dizayn-metbex-mebeli-alman-metbex-mebelleri-kuxna-kuhna-mebeli-metbex-mebeli-endirim-qiymet-germanstudio.az

 

Bufer zonası. "Ada"lı mətbəx ümumi sahələ birləşmədən qonaq otağı ilə ahəngdar şəkildə uyğunlaşa bilər. Bu halda, ayrı duran bir masa, bufer rolunu oynayır, qonaq otağının sahəsini yemək hazırlanan yerdən ayıran bir növ sərhəd xəttini yerinə yetirir. Ada - bar masası adətən iki səviyyədə təşkil olunur: yüksək olan bar yeri və nisbətən aşağıda olan iş yeri.

 

Alman-istehsali-metbex-mebelleri-tv-stend-qarderob-interyer-dizayn-metbex-mebeli-alman-metbex-mebelleri-kuxna-kuhna-mebeli-metbex-mebeli-endirim-qiymet-germanstudio.az   Alman-istehsali-metbex-mebelleri-tv-stend-qarderob-interyer-dizayn-metbex-mebeli-alman-metbex-mebelleri-kuxna-kuhna-mebeli-metbex-mebeli-endirim-qiymet-germanstudio.az

 

Sərfəlilik. Mətbəxin interyerini "ada" ilə təsəvvür edərkən, ilk növbədə, biz nə isə monumental, əsaslı, geniş olan bir şey haqqında düşünürük. Əslində "ada" çox yığcam, dar, bəzən hətta qatlanan ola bilər. Bu hallda, çox sayda qonaq olan bir yemək sahəsi üçün əla bir həll halına gəlir.

 

Alman-istehsali-metbex-mebelleri-tv-stend-qarderob-interyer-dizayn-metbex-mebeli-alman-metbex-mebelleri-kuxna-kuhna-mebeli-metbex-mebeli-endirim-qiymet-germanstudio.az   Alman-istehsali-metbex-mebelleri-tv-stend-qarderob-interyer-dizayn-metbex-mebeli-alman-metbex-mebelleri-kuxna-kuhna-mebeli-metbex-mebeli-endirim-qiymet-germanstudio.az

 

“German Studio”dan adalı mətbəx mebelini sifariş edə bilərsiniz. Dizaynerlərimiz üslubunuza uyğun istədiyiniz rəng və dizaynda optimal variantı seçməyinizə kömək edəcəkdir.

İş adanın funksiyaları

Ada üçün boş yer tapmaq problem ola bilər, lakin ondan istifadə asan və funksionaldır.

Ada əlavə saxlama yeri kimi

Mətbəxdə yemək və qablar üçün böyük bir saxlama sahəsinə ehtiyac varsa, mətbəx adası kömək edəcəkdir. Bəzi adalar açıq rəflərlər ilə təchiz olunub. Üzərinə gözəl bir dəst və şık aksesuarları qoya bilərsiniz.  Şərabınızı saxlamaq üçün də mətbəx adasından istifadə edə bilərsiniz. Rahat və şık görsənəcək.

 

Alman-istehsali-metbex-mebelleri-tv-stend-qarderob-interyer-dizayn-metbex-mebeli-alman-metbex-mebelleri-kuxna-kuhna-mebeli-metbex-mebeli-endirim-qiymet-germanstudio.az   Alman-istehsali-metbex-mebelleri-tv-stend-qarderob-interyer-dizayn-metbex-mebeli-alman-metbex-mebelleri-kuxna-kuhna-mebeli-metbex-mebeli-endirim-qiymet-germanstudio.az

 

Ada yemək sahəsi kimi

Mətbəx adası bir neçə nəfər üçün tam hüquqlu bir yemək sahəsi və ya tez bir qəlyanaltı üçün bir yer kimi istifadə edilə bilər.

 

Alman-istehsali-metbex-mebelleri-tv-stend-qarderob-interyer-dizayn-metbex-mebeli-alman-metbex-mebelleri-kuxna-kuhna-mebeli-metbex-mebeli-endirim-qiymet-germanstudio.az   Alman-istehsali-metbex-mebelleri-tv-stend-qarderob-interyer-dizayn-metbex-mebeli-alman-metbex-mebelleri-kuxna-kuhna-mebeli-metbex-mebeli-endirim-qiymet-germanstudio.az

 

Quraşdırılmış texnika üçün yer

Mətbəx adasına kiçik bir soyuducu və ya dondurucu quraşdırıla bilər.

Bar masası

Əlavə qaldırılmış dəzgahlığı olan bir ada əldə etmək olar və onun yanına bir neçə bar oturacağı yerləşdirilə bilər. Belə bir həll böyük ailə üçün uyğun gəlməyəcək, amma dostlarla əyləncə məclisləri üçün təmamilə istifadə etmək olar.

 

Alman-istehsali-metbex-mebelleri-tv-stend-qarderob-interyer-dizayn-metbex-mebeli-alman-metbex-mebelleri-kuxna-kuhna-mebeli-metbex-mebeli-endirim-qiymet-germanstudio.az   Alman-istehsali-metbex-mebelleri-tv-stend-qarderob-interyer-dizayn-metbex-mebeli-alman-metbex-mebelleri-kuxna-kuhna-mebeli-metbex-mebeli-endirim-qiymet-germanstudio.az

 

Zonalama

Mətbəx adasının köməyi ilə qonaq otağını studio mətbəxdən ayırmaq olar.

Dekorativ funksiya

Mətbəx adası mətbəxdə fərqlənir və diqqəti cəlb edir.

Aşağıdakı şəkildə “Störmer Küchen”in alman dizaynerlərin keramoqranitdən hazırlanmış "Villeroy and Boch" kolleksiyasının mətbəx adası göstərilir. Ada bütün interyerin tonunu təyin edir.

 

Alman-istehsali-metbex-mebelleri-tv-stend-qarderob-interyer-dizayn-metbex-mebeli-alman-metbex-mebelleri-kuxna-kuhna-mebeli-metbex-mebeli-endirim-qiymet-germanstudio.az   Alman-istehsali-metbex-mebelleri-tv-stend-qarderob-interyer-dizayn-metbex-mebeli-alman-metbex-mebelleri-kuxna-kuhna-mebeli-metbex-mebeli-endirim-qiymet-germanstudio.az

 

Beləliklə, mətbəx adaları üçün əsas qaydaları bir araya gətirək:

  • böyük bir mətbəx üçün - mebel boyunca uzanan bir ada;
  • kiçik mətbəx üçün - kiçik kvadrat formalı və ya təkərlər üzərində olan;
  • adadan digər mebellərə olan məsafə ən azı bir metr olmalıdır;
  • ilk növbədə - adanın faydalı funksionallığıdır;
  • kommunikasiyalır çəkilməsini professionallara etibar edirik.
  • <