Bu dəfə təhvil verdiymiz lahiyə modern üslubda dizayn edilib.
Modern üslubda mətbəx rahatlıq və lakonikliyin birləşməsidir. Mətbəx mebelinin rəng palitrası hal-hazırda dəbdə olan tünd yaşıl və taxta tonlarının birləşməsindən yaranıb. Bu uğurlu birləşmə mətbəxə ecaskar görünüş bəxş edib.
Şüşə dolablar, xüsusi LED işıqlandırma dizaynı tamamlayan kiçik ama incə detallardır. İstehsal zamanı yüksək keyfiyyətli Alman mexanizmləri, MDF boya, Corian dəzgahlıq, davamlı və erqonomik materiallarından istifadə olunub.
Girişdə quraşdırılmış dəhliz mebeli yığcam, eyni zamanda xüsusi dizaynı ilə məkana funksionallıq və pratiklik əlavə edib.
Mənzildə interyeri tamamlayan detallardan biridə modern üslubda olan qapılardır. Qapılar yüksək keyfiyyətli MDF materialından hazırlanıb.
Camaşır otağı istifadə rahatlığı, maksimum funksionallığı və kompaktlığı ilə interyerə pratiklik əlavə edib.
Modern üslubda dizayn edilmiş hamam otağı şık, dekorativ detallar və funksionallıqla birləşərək zərif və vizual kompozisiya əmələ gətirib.
Bu uğurlu birləşmələr interyerdə xüsusi dəbdəbə və zərifliyi təcəssüm etdirir.