LAYİHƏLƏRİMİZ

Knightsbridge Residence Layihəsi

Bu gün sizinlə “Knightsbridge Residence” layihəmizin mətbəx mebelinin fotolarını bölüşəcəyik.
Açıq rəng palitrası ilə hazırlanmış bu müasir mətbəx, zəriflik və rahatlığın ideal balansını təcəssüm etdirir. Geniş işıqlandırma sistemi və təbii işığın bol daxil olduğu məkan, mətbəxi həm funksional, həm də vizual cəhətdən yüngül və havadar göstərir.

Modern üslubun sadə, düz xətləri ilə qızılı tonlarda işlənmiş hissələr dizayna lüks toxunuş qatır.
Dəzgahlıq “Miracle Stone” kolleksiyasına məxsus kvars materialındandır. Bu kvars səthlər, həm estetik görünüş, həm də funksionallıq baxımından mükəmməl balans təqdim edir.
Mətbəxin mərkəzində yerləşən geniş mətbəx adası, həm yemək hazırlamaq, həm də sosial məkan kimi istifadəyə imkan verir.
Bu mətbəx sadəcə bir yemək bişirmə sahəsi deyil eyni zamanda zövq, üslub və rahatlığın gündəlik həyatla birləşdiyi müasir yaşayış məkanıdır.