ŞİRKƏT HAQQINDA

Mətbəx istənilən mənzilin “ürəyidir“, məhz burada biz ailəmizlə daha çox vaxt keçiririr, həyatın ləzzətini hiss edirik və təbii ki, burada həyatın nə qədər gözəl olduğunu görürük. Təsadüfi deyil ki, mətbəx mənzilin ən çox əhəmiyyət veriləcək sahəsi hesab edilir.

"German Studio" şirkəti 2010-cu ildən fəaliyyətə başlamışdır. Şirkətimiz Almaniyadan mebel fabrikləri ilə əməkdaşlıq edir. Hal-hazırda “German Studio” brendi adı altında öz istehsalımızı da təqdim edirik. Bu gün salonumuzda yalnız özəl sifarişlə metbex mebeli deyil, həmçinin, qonaq, yataq, yumşaq mebel, ofis və restoran mebelləri, hamam otağı mebelləri və daxili qapılar əldə edə bilərsiniz.
“Deutsche Küchen” brendi altında da Almaniya və İtaliya fabriklərindənmebellər təklif edirik.

«German Studio» mətbəxinizə gözəllik, estetika, funksionallıqla yanaşı, əsl alman keyfiyyəti gətirir. Bənzərsiz və məhz Sizin zövgünüzə uyğun mətbəx mebelini hazırlamaq üçün Almaniyanın aparıcı mebel istehsalçılarından olan „Hacker Küchen“, „Beeck Küchen“, İtalyanın „Sira Cucine“ kimi brendlərini Azərbaycanda ekskluziv olaraq təklif edirik.

Salonumuzda təqdim olunan modellərlə istənilən interyer üçün mebel kompozisiyası seçmək mümkündür. Biz Sizə keyfiyyətli alman və italyan mebelləri, əfsanəvi alman xidməti ilə yanaşı məkanınızın ekskluziv dizayn həllini təklif edirik!
Müştərilərimiz ən yaxşısına layiqdilər! Biz onların istək və tələblərinə diqqətlə qulaq asırıq və birgə səylərimiz arzuların interyerini reallığa çevrilməsinə gətirib çıxarır. Biz evinizdə bənzərsiz, rahat və komfortlu, təhlükəsiz və texnoloji bir atmosferi yaradırıq.

Yaradıldığımız andan etibarən istehsalın təkmilləşdirilməsi və xidmətin yaxşılaşdırılması üzərində işləyirik. Rahat və xoş əməkdaşlıq üçün hər cür şərait yaradırıq! 10 illik səmərəli və keyfiyyətli işimiz ilə müştərilər arasında nüfuz qazandıq və bununla fəxr edirik.

Niyə görə biz?

Bənzərsiz və təkrarolunmaz bir mebel yaratmaq üçün istehsalatı modernləşdiririk, innovativ texnologiyalardan istifadə edirik. Məhz buna görə istehsal etdiyimiz hər bir mebel unikal və rahat olur.
Müştərilərimizə mebelin yaradılmasında iştirak etmək imkanı veririk. Beləliklə, müştərilərimiz, istədikləri interyerə ideal şəkildə uyğunlaşacaq mebeli, əldə etmış olurlar.
Hazır interyer həllərinin geniş seçimi mənzilinizi istənilən üslubda (klassik, modern, kantri, provans, hay-tech, loft və s.) tərtib etməyə icazə verir.
Hər zövqə uyğun keyfiyyətli dizayn və furnitur
Biz müştərilər üçün ideal şərtlər təklif edirik – sifarişin vaxtında yerinə yetirilməsi, qüsursuz keyfiyyət, münasib qiymət və bütün məhsullara zəmanət. Endirim, aksiya və bonuslardan yararlana bilərsiniz.

Hansı mebel istehsal edirik:

  • Mətbəx mebeli
  • Qarderob və qarderob otaqları
  • TV stendlər
  • Otaq qapıları
  • Hamam otaq mebeli
  • Masa və oturacaqlar
  • Yataq otağı mebelləri
  • Yumşaq mebellər
  • Ofis və restoran mebelləri


Alman və İtalyan mətbex mebelleri bir çox üstünlüklərilə bu seqmentdə dünya bazarında lider mövqe tutur. Mətbəx interyerində hər bir əşyanın özünəməxsus yeri var. Lazım olduqda, o hər zaman əlinin altında olacaq. Sözsüz ki, 10 ildir yerli müştəriləri öz eksklüziv dizaynı və etibarlılığı ilə sevindirən alman mətbəx mebeli salonu „German Studio“-nu, elit keyfiyyət klubuna cəsarətlə aid etmək olar. Dəyərli müştərilərimizin məmmnunniyəti buna sübutudur. Dizaynerlərimiz Almaniyanın aparıcı fabriklərində təlim və təcrübə keçmiş mütəxəssislərdir. Hətta ən kiçik mətbəx üçün ən optimal variantı seçməyə kömək etməyə hazırdırlar – böyük funksionallığı olan erqonomik əşyalar iş sahənizi genişləndirə və istifadə etməkdən əsl zövq bəxş edəcək. Sizə seçim və konsultasiyadan əlavə, həm də Almaniyanın özündə ən yeni texnologiyalardan istifadə etməklə istehsal olunan unikal mətbəx layihələrini təklif edirik. Bizimlə əməkdaşlıq edərək yalnız alman keyfiyyətini deyil, həm də sizi xoş təəccübləndirəcək bir xidməti əldə etmiş olursunuz. Alman istehsalı mətbəx mebeli ilə birlikdə sürət, keyfiyyət, etibarlılıq, əlverişlilik, rahatlıq əldə etmiş olursuz.

“German Studio” alman metbex mebeli salonunda Siz:

  • dizaynerlərimizdən ətraflı məsləhət almaq və mebel sifariş etmək;
  • tərəfdaşlarımızın və Avropanın tanınmış istehsalçılarının ən yeni məhsulları ilə tanış olmaq;
  • sərfəli endirimlərimizdən yararlanmaq;
  • yeni mətbəxiniz üçün geniş çeşiddə təqdim olunan aksesuar və qurulan tipli məişət texnikasını seçim edə bilərsiniz.

“German Studio“ fabrikində sifarişlə istehsal olunan mətbəx mebelləri funksional, istifadəsi rahat və vizual cəlbedicidir. Fabrikimizdə istehsal olunan metbex mebellerin bir çox üstünlükləri var:

  • Yerli fabrikimizdə yalnız Alman material və furniturasından istifadə olunması;
  • Avropa standartlarına uyğun avadanlıqlar;
  • Xidmət təcrübəli və peşəkar usta heyəti tərəfindən ərsəyə gətirilir;
  • Alman standartlarına uyğun istehsal;
  • Əlverişli qiymətlər.


“Beeck Küchen” ilə əməkdaşlıq

“German Studio” olaraq, müştərilərimizə ən yüksək keyfiyyətli və unikal mətbəx dizaynları təqdim etməkdən qürur duyuruq. Yeni əməkdaşlığımız sayəsində, “Beeck Küchen” brendi ilə sizinlə tanış olmağa və sizin mətbəx xəyallarınızı gerçəkləşdirməyə hazırıq. “Beeck Küchen” Almaniyanın ən prestijli mətbəx brendlərindən biri olaraq, öz innovativ yanaşmaları və fərdi dizaynları ilə tanınır. Bu brend, müştərilərinə xüsusi və funksional mətbəxlər təqdim etmək üçün bütün dünyada böyük nüfuz qazanmışdır.

“Beeck Küchen” Almaniyada uzun illərdir fəaliyyət göstərən və yüksək keyfiyyətli mətbəx mebellərinin istehsalı ilə məşhur olan bir brenddir. “Beeck” özünü dizayn fabrikası kimi tanıdır və bu yanaşma, onun əsas fərqləndirici xüsusiyyətlərindən biridir. Hər bir “Beeck Küchen” mətbəxi, müştərilərin fərdi ehtiyaclarına uyğun şəkildə hazırlanır və hər detalda mükəmməllik axtarılır.

Beeck Küchen-in missiyası, müştərilərinə yalnız funksional deyil, həm də estetik baxımdan yüksək keyfiyyətli mətbəxlər təqdim etməkdir. Brend, zamanla ayaqlaşan və innovativ həllərlə zənginləşdirilən dizaynlar ilə, müştərilərinə hər il yeni və fərqli mətbəx təcrübələri təqdim etməyə davam edir. Bununla yanaşı, “Beeck Küchen” Alman mətbəxlərinin əfsanəvi davamlılığı və etibarlılığı ilə məşhurdur. Bu brendin mətbəxləri sadəcə gözəl deyil, həm də uzun müddət davam edən və keyfiyyətli istifadə təmin edən məhsullardır.

“Beeck Küchen”in ən əhəmiyyətli xüsusiyyətlərindən biri, fərdi yanaşmadır. Hər müştəriyə öz tələblərinə və həyat tərzinə uyğun, tamamilə özəl mətbəx dizaynları təqdim olunur. Hər bir mətbəx, yalnız gözəllik və funksionallıq deyil, həm də ergonomik dizayn və sabitlik təmin edəcək şəkildə hazırlanır. “Beeck Küchen” brendinin təqdim etdiyi dizaynlar, müasir həyatın bütün tələblərinə cavab verir, beləliklə hər bir məkan rahatlıq və funksionallıq ilə əhatə olunur.

Brendin innovativ yanaşması, yalnız dizaynla məhdudlaşmır. Beeck Küchen hər il mətbəx sahəsində yeni texnoloji həllər və materiallar təqdim edir ki, bu da müştərilərə daha funksional və şık mətbəxlər yaratmağa imkan verir.

“German Studio” olaraq, biz “Beeck Küchen” brendi ilə yeni əməkdaşlıq edərək, müştərilərimizə yalnız gözəl deyil, həm də yüksək funksionallıq və ergonomik dizaynlarla hazırlanmış mətbəxlər təqdim edirik. Beeck Küchen-in fərdi yanaşması və innovativ həlləri, bizim müştərilərimizin öz mətbəxlərində maksimum rahatlıq və zövq almasına imkan verir. Hər bir mətbəx, yalnız bir yemək hazırlama sahəsi olmaqla qalmır, həm də həyatın hər anını sevinclə keçirə biləcəyiniz bir məkan halına gəlir.


“Hacker Küchen” ilə əməkdaşlıq

“German Studio” olaraq, biz müştərilərimizə yüksək keyfiyyətli və unikal dizaynlı mətbəxlər təqdim etməyə davam edirik. İndi isə, Alman mətbəx mebeli sahəsindəki prestijimizi daha da genişləndirərək, “Hacker” ilə yeni bir əməkdaşlıqa başladıq. “Hacker” brendi, dünya səviyyəsindəki tanınmış alman markalarından biri olmaqla yanaşı, müştərilərinin mətbəx xəyallarını gerçəkləşdirmək missiyası ilə də fərqlənir.


1898-ci ildə Herman Häcker tərəfindən Almaniyada qurulan “Hacker Küchen”, ilk gündən etibarən üstün keyfiyyətə və mükəmməl işçilik prinsiplərinə sadiq olmuşdur. Bugün isə, bu marka Avropanın ən böyük mətbəx mebeli istehsalçılarından biri kimi tanınır. Yalnız Almaniyada deyil, dünya miqyasında 60-dan çox ölkədə fəaliyyət göstərən “Hacker Küchen”, öz müştərilərinə ən yüksək keyfiyyətli və estetik baxımından möhtəşəm mətbəxlər təqdim edir. Bu böyük təcrübə və beynəlxalq nüfuz, “Hacker Küchen”i mətbəx dizaynı sahəsində lider brendlərdən birinə çevirmişdir.

“Hacker Küchen”in fərqli və unikal yanaşması, hər bir müştərinin öz mətbəxini, yalnız bir yemək hazırlama sahəsi deyil, həm də həyatın hər anını sevinclə keçirdiyi bir məkan olaraq görməsini təmin edir. Yüksək keyfiyyətli materiallar, zərif dizayn və funksional xüsusiyyətlər sayəsində, “Hacker Küchen” mətbəxləri hər müştəriyə gündəlik həyatında yüksək rahatlıq və zövq təmin edir.


“German Studio” olaraq, biz “Hacker Küchen” brendi ilə əməkdaşlıq etməklə, müştərilərimizə daha da yüksək keyfiyyətli və fərdi tələblərə uyğun mətbəxlər təqdim edirik. “Hacker Küchen”in dizaynları, həm estetik, həm də funksional cəhətdən üstün xüsusiyyətlərə sahibdir. Bizim məqsədimiz, hər bir müştəriyə, həyatını asanlaşdıracaq və zövq alacağı bir mətbəx təcrübəsi təqdim etməkdir. Bu əməkdaşlıqla, “German Studio” daha da irəliləyərək, mətbəx sahəsində ən son trendləri və ən yaxşı məhsulları təklif etməyə davam edəcək.

Qarderob və qarderob otağı

"German Studio"-dan müxtəlif modifikasiyalarda lüks qarderobları müştərilərin bütün istəklərini nəzərə alır. Burada şalvar, kəmər, qalstuk, bluz, pencək, İdman ləvazimatlar, yataq örtüsü dəsti və bir çox başqa əşyaların saxlanılması üçün bölmələr var. Müasir alman furnitur və mexanizmlər qarderobu səssiz və hamar şürüşdürməyə imkan verir, hansıkı mebeldən istifadəni rahat və asan edir. Mebel dekorunda yalnız yüksək keyfiyyətli materiallardan istifadə olunur. Bu, mebelin möhkəmliyini, istismar müddətini artırır və orijinal görünüşünü uzun illər qoruyur. “German Studio”-da siz, ideyalarınıza, zövqünüzə və məkanın ölçülərinə uyğun olaraq hazırlanmış qarderobu əldə edə bilərsiniz.

“German Studio”-dan qarderob sistemlərinin əsas xüsusiyyətləri

Alman istehsalı olan mebel, üstün keyfiyyətə, praktikliyə, formaların ciddiliyi və lakonizmlə seçildiyi üçün həmişə tələb olunur. Bu xüsusiyyətlər sayəsində qarderoblar istənilən interyeri mükəmməl şəkildə tamamlayır.

Qarderob sistemlərinin əsas xüsusiyyətləri aşağıdakılardır:

1) Yüksək texnoloji avadanlıqlardan istifadə edərək istehsal olunur. Zavodda mebellərin istehsalı zamanı yalnız müasir texnologiyalar və innovativ avadanlıq tətbiq edilir və məhz buna görə də məhsullar keyfiyyətli və etibarlı alınır. Bu məhsullar orijinal xüsusiyyətlərini itirmədən uzun illər xidmət edəcəklər

2) Ekoloji təmiz və təbii materiallar. İstehsal olunan mebel allergik reaksiyalara səbəb olmayan və zərərli kimyəvi maddələr yaymayan təbii təhlükəsiz materiallardan istehsal olunur. Mebelin istehsalında istifadə olunan bütün lak və boyalar zərərsizdir və yoxlanılır.

3) Unikal görünüş. Almaniya istehsalı olan eksklüziv mebel otaqda xoş, rahat TV stend

“German Studio” TV stend modelləri rahatlıq və tərz, erqonomika və orijinal dizaynı birləşdirir. İstehsal zamanı ən yüksək keyfiyyətli materialların istifadəsi heyrətləndirə və sevindirə biləcək qonaq otağı yaratmağa imkan verir. Bütün mebellərimiz uzun ömürlü, yüksək keyfiyyətli, etibarlı, istifadəsi rahat və uzun ilər qüsursuz görünüşü saxlayır. Bir çox televiziya stendi modelinə CD və jurnal kimi müxtəlif ev əşyalarının saxlanılması üçün rəflər və çekmecələr daxildir. Məhsulların əksəriyyəti DVD pleyer və akustiki kolonkalar üçün yerlə də təchiz olunmuşdur. Yaxşı düşünülmüş dizayn, otaqdakı mükəmməl bir nizam-intizamı təşkil etməyə və məkanın arzuolunmaz töküb-töküşdürməkdən qaçmağa imkan verəcəkdir.

Bütün mebellərimiz keyfiyyət və ekoloji təhlükəsizlik sertifikatlarına malikdir.

Otaq qapıları

Qapı dizayn baxımından önəmli bir obyektdir. Çünki bir evə və ya mənzilə girəndə ilk gördüyümüz məhz qapı olur. Buna görə də, qapılar yalnız daxili otaqların deyil, həm də bütün evin ümumi üslubunu nəzərə alaraq seçilməlidir. “German Studio” müştərilərin fərdi tələblərini nəzərə alaraq, lüks qapılar istehsal edir. Bu zaman Siz dizaynın hazırlanmasını mütəxəssislərimizə həvalə edə bilərsiniz və ya hazırlanacaq məhsulun eskizi təqdim oluna bilər.Modellərin çeşidliyi, hər bir müştəriyə ehtiyac və istəklərini tam təmin edir.

“German Studio”, Sizə bütün arzularınızı reallaşdıracaq mükəmməl qapı modellərini təqdim edir. “German Studio” sizə bir çox müasir qapı modellərini təklif edir - şık dizayn elementli, müasir şüşə, təbii şponlu və ya rəngli örtüklü qapılar.

Siz klassikanı sevirsiniz və eyni zamanda müasir üslubun pərəstişkarısınız? O zaman “German Studio”-dan hər zaman aktual olan qapılar tam olaraq axtardığınızdır. İstənilən üsluba uğurla uyğunlaşan qapı modellərini “German Studio”-da asanlıqla tapa bilərsiz.

“German Studiya” uğurlu və fəal inkişafına davam etdirir.

Fəaliyyətinin əhatə dairəsi yalnız istehsal və satış deyil, həm də müştərilərin doğru məhsul seçimi barədə qərar vermələrinə kömək edən hər cür xidmətin göstərilməsi də daxildir.


Yataq otağı mebelləri

Yataq otağı evin ən vacib məkanlarından biridir. Günün yorğunluğunu atdığımız, istirahət etdiyimiz bu məkanda rahatlıq və estetik bir-birini tamamlamalıdır. Məhz buna görə də yataq otağı mebelləri seçilərkən həm funksionallıq, həm də ümumi interyer üslubu nəzərə alınmalıdır. “German Studio” müştərilərin fərdi zövq və tələblərinə uyğun olaraq eksklüziv yataq otağı mebelləri istehsal edir.

Siz dizayn prosesini peşəkar mütəxəssislərimizə həvalə edə və ya öz ideya və eskizlərinizi təqdim edə bilərsiniz. Modellərin geniş çeşidi, hər bir müştərinin istək və ehtiyaclarını tam şəkildə qarşılamağa imkan yaradır. Yüksək keyfiyyətli materiallar və incə işlənmiş detallar yataq otağınıza xüsusi dəyər qatır.

“German Studio” rahatlığı və zərifliyi bir araya gətirən müasir və klassik yataq otağı mebellərini Sizə təqdim edir. Şık dizaynlı çarpayılar, funksional dolablar, təbii şponlu və ya rəngli örtüklü mebellər interyerinizə fərqli bir ab-hava bəxş edir.

Əgər Siz klassik zərifliklə müasir rahatlığın vəhdətini axtarırsınızsa, “German Studio” yataq otağı mebelləri tam olaraq seçimidir. İstənilən üsluba uyğun, hər zaman aktual olan yataq otağı mebellərini “German Studio”-da asanlıqla tapa bilərsiniz.

Hamam otaq mebeli

Saytımızın kataloqunda təqdim olunan elit hamam otaq mebelləri istənilən üslubun standartlarına cavab verən ən funksional məkan təşkil etməyə imkan verəcək. Nəyə üstünlük verdiyinizdən asılı olmayaraq, lüks və ya lakonik dizayn, qızıl bəzək çərçivələri və ya güzgü xəttlərinin sadəliyi, burada istənilən interyer üçün həll tapa bilərsiniz.

“German Studio”-dan olan hamam otağı üçün mebel kolleksiyaları bir sıra üstünlüklərə malikdir:

  • rütubət və temperaturaya davamlı
  • banyo aksesuarları üçün geniş saxlama sistemi
  • mebel əşyalarının erqonomik formaları olması.

Eleqant bir banyo sahənin tərtibatında ən çox istifadə olunan mebel əşyaları aşağıdakılardır:

  • Təbii ağacdan hazırlanmış çanaq altı dolablar
  • Keramik çanaq
  • Quraşdırılmış güzgülü divar şkafı
  • Tekstil saxlanılması üçün dolab
  • Güzgülü panellər
  • Dəsmal asılqanlar
  • Bornozlar üçün döşəmə askıları.

Elit alman hamam otaqların əsas üstünlükləri:

  • davamlılıq;
  • funksionallıq;
  • sadə dizayn.

Banyo mebellərimiz orijinal dizaynı, funksionallığı və mükəmməl keyfiyyəti uğurla birləşdirərək istənilən interyerə ideal uyğunlaşacaqdır.


Ofis mebelləri

Ofis məkanı iş məhsuldarlığı və korporativ imicin formalaşmasında mühüm rol oynayır. Rahat və düzgün seçilmiş ofis mebelləri iş prosesini daha səmərəli və komfortlu edir. Buna görə də ofis mebelləri seçilərkən funksionallıqla yanaşı, məkanın ümumi dizayn konsepsiyası da nəzərə alınmalıdır. “German Studio” müştərilərin fərdi tələblərinə uyğun olaraq yüksək keyfiyyətli ofis mebelləri istehsal edir.

Siz dizaynın hazırlanmasını peşəkar mütəxəssislərimizə etibar edə və ya öz ideya və eskizlərinizi təqdim edə bilərsiniz. Modellərin zəngin çeşidi hər bir ofis üçün ideal həllərin tapılmasına imkan yaradır. Keyfiyyətli materiallar və müasir dizayn elementləri ofisinizə həm prestij, həm də rahatlıq qazandırır.

“German Studio” funksional və estetik baxımdan mükəmməl olan müasir və klassik ofis mebellərini Sizə təqdim edir. İş masaları, dolablar, rəflər və iclas otaqları üçün nəzərdə tutulmuş mebellər korporativ üslubunuzu ön plana çıxarır. İstənilən ölçü və üsluba uyğun ofis mebellərini “German Studio”-da asanlıqla tapa bilərsiniz.

Restoran mebelləri

Restoranın interyeri müştərilərdə ilk təəssüratı yaradan əsas amillərdən biridir. Rahat və estetik restoran mebelləri həm məkanın üslubunu tamamlayır, həm də müştərilərin məmnuniyyətini artırır. Buna görə də restoran mebelləri seçilərkən dizayn, rahatlıq və davamlılıq əsas meyarlar olmalıdır. “German Studio” restoranların konsepsiyasına uyğun eksklüziv mebellər istehsal edir.

Müştərilərimiz dizayn prosesində tam sərbəstdir — istər mütəxəssislərimizin təqdim etdiyi dizaynları seçə, istərsə də öz ideyalarını reallaşdıra bilərlər. Geniş model çeşidi hər bir restoranın fərqli konsepsiyasına uyğun seçim imkanı yaradır. Yüksək keyfiyyətli materiallar və detallara verilən xüsusi diqqət mebellərin uzunömürlü olmasını təmin edir.

“German Studio” klassik və müasir üslubda hazırlanmış masa, stul, divan və digər restoran mebellərini Sizə təqdim edir. Estetik görünüşü və rahatlığı bir araya gətirən mebel modelləri restoranınıza xüsusi xarakter qazandırır. İstənilən konseptə uyğun, hər zaman aktual olan restoran mebellərini “German Studio”-da asanlıqla tapa bilərsiniz.


Biz, "German Studio"-da sizin üçün gözəl, rahat və keyfiyyətli sahəni qurmağa çalışdıq, hansı ki, səhərlər və axşamlar sizi sevindirəcək, öz cəlbedici zahiri görünüşünü ən azı 10 il saxlayacaq!