LAYİHƏLƏRİMİZ

Sea Breeze Layihə

“Sea Breeze” layihəmizin mətbəx mebelinin fotolarını təqdim edirik.

Tavana qədər uzanan bu mətbəx mebeli məkanla harmonik şəkildə birləşərək bütöv və müasir görünüş yaradır. Şüşəli bölmələrdə tətbiq olunan LED işıqlandırma dizayna zəriflik qatmaqla yanaşı, interyerə xüsusi ab-hava bəxş edir.

Mərkəzdə yerləşdirilən ada həm rahat iş sahəsi, həm də əlavə əşya saxlama imkanı təqdim edərək funksionallığı artırır.

Dəzgah hissəsində istifadə olunan “Miracle Stone” kvars kolleksiyası isə yüksək davamlılığı, estetik görünüşü və keyfiyyəti ilə mətbəxin zərif dizaynını tamamlayır.