LAYİHƏLƏRİMİZ

Baku City Residence Layihə

"Baku City Residence" layihəmizin mətbəx mebelinin fotolarını sizə təqdim edirik.
Zərifliyin və funksionallığın mükəmməl vəhdəti olan bu “Luxury” mətbəx layihəsi xüsusi seçilmiş rəng palitrası və incə qızılı detallar ilə eksklüziv xarakter qazanır. Məkanın mərkəzində yerləşən ada hissəsi ona inteqrasiya olunmuş masa ilə həm estetik, həm də komfortlu istifadə təcrübəsi təqdim edir.
Layihədə “Miracle Stone” keramoqranit daş kolleksiyasına məxsus iki fərqli rəng istifadə olunub. Ümumi iş səthi və ada da “Palermo”, masa hissəsində isə “Seta Concreta” seçilərək materialların harmoniyası və vizual balansı qorunub.
Minimalist görünüşü təmin etmək üçün divar səthləri tamamilə təmiz saxlanılıb, elektrik yuvaları isə ada və əsas iş sahəsinin üzərində yerləşdirilib. Bu həll interyerin səliqəli və bütöv görünüşünü daha da gücləndirir.
Ada hissəsində yerləşən şüşəli, daxili LED işıqlandırmalı açıq rəflər mətbəxə yüngüllük və dərinlik qataraq dekor elementlərini zərif şəkildə ön plana çıxarır.
Bu layihə yüksək keyfiyyətli materialların, incə detalların və müasir dizayn yanaşmasının bir araya gəldiyi, lüks yaşam tərzini əks etdirən eksklüziv mətbəx konseptidir.