LAYİHƏLƏRİMİZ

Yeni Kolleksiya Silva

Yeni Kolleksiya “Silva” mətbəx mebeli

“Showroom”da nümayiş etdirdiyimiz yeni kolleksiyamızdan olan “Silva” mətbəx modelidir.
Silva — latın dilində “meşə” mənasını daşıyır. Təbiətin sakit gücündən və ağacın zamansız gözəlliyindən ilham alan bu kolleksiya, isti ab-havası, təbii estetikası və funksionallığı ilə evinizin mərkəzinə harmoniya gətirəcək.
Fasad hissələr MDF Şpon və MDF Boya materialından dizayn edilib.
MDF Şpon fasad- rəng “Noce Albero”
MDF boya fasad –rəng “Verde Foresta”
Üst hissə üçün daş kolleksiyamız olan “Miracle Stone”a məxsus “Quartz Carolina” rəngindən istifadə edilib.
Mebeldə bir çox funksional mexanizmlər quraşdırılıb. Şaquli bölücü mexanizm, Avantech sistemi, LeMans künc mexanizmi, liftli qab-qacaq qurudan, ədviyyat və ərzaq bölməsi, sürüşgən texnika rəfi kimi müasir və çoxfunksiyalı həllər məkanı maksimum səmərə ilə istifadəyə imkan verir, rahatlığı və estetik görünüşü bir araya gətirir.