ÜZLƏMƏLƏR

1

Müasir dizayn sadə, təbii materiallardan istifadə etməyə çalışır, buna görə də indi interyerdə üzləmələr (dekorativ reyka) xüsusilə məşhurdur. Maksimun rahatlıq, estetika və üslubun qüsursuzluğu ilə fərqlənən “German Studio” üzləmələri interyeri yalnız dəbli və müasir deyil, həmdə praktik etmək üçün ideal seçimdir.

İnteryerdə üzləmələr:

Üzləmə (dekorativ reyka) - bir sıra üstünlüklərə malik olan interyer üçün zərif bir həlldir. Bunlara aiddir:

  • ekoloji təmizlik və hipoallerjiklik (ilk növbədə ağac və metaldan olan modellərə aiddir) – materialın təbiiliyinə görə bu cür tərtib hətta uşaq otaqlarının bəzədilməsi üçün də təhlükəsizdir;
  • yüksək səs izolyasiya xüsusiyyətləri;
  • Məkanı vizual genişlədirməsi – reykaların xəttləri, alçaq tavanı vizual olaraq "qaldırır" , horizontallar isə otağın enini / uzunluğunu tənzimləyir.
  • texniki elementlərin maskalanması - panellərin arxasında otağın estetik zahiri görünüşünü saxlayaraq görkəmsiz telləri, boruları gizlədə bilərsiniz.

İnteryerdə üzləmədən (reyka konstruksiyasından) necə istifadə etmək olar?

İnteryerdə reykalar yalnız bəzək kimi deyil, həm də funksional  bir element kimi istifadə oluna bilər. Bu konstruksiyanı sizin interyeriniz üçün necə tətbiq etmək olar?

  1. Zonalaşdırma. Böyük otaqlarda, üzləmənin köməyi ilə müxtəlif sahələri zonalaşdıra bilərsiniz: yemək və "divan" – studio-mətbəxdə, iş və istirahət – iş otağı ilə birləşdirilmiş yataq otağında və s.
  2. Məhəccər. Üzləmə (reykalar) pilləkənli evlərdə klassik məhəccərlərə əla alternativdir: daha dəbli, müasir və qeyri-adi görünürlər. Belə bir pilləkən, şübhəsiz ki, hər kəsin diqqət mərkəzinə və evinizin əsas bəzəyinə çevriləcəkdir.
  3. Qapılar. Dekorativ üzləmə (reyka) dolabların, qarderobların və saxlama sistemlərinin qapılarını əvəz edə bilər. Bu üsul müasir üslub və minimalizmin lakonik interyerində xüsusilə məşhurdur.
  4. Dekor. Üzləmənin köməyi ilə divarları orijinal faktura və həcm verərək bəzəmək olur. Divara uyğun seçimlər minimalist üslubda otağa dərinlik qatacaq, ziddiyyətli olanlar otağın həndəsəsini düzəldəcək, taxta modellər interyeri eko üslubda, metal isə loft üslubunda bəzəyəcək.

Üzləmələrin (reykaların) materiallara görə növləri.

  • Ağac.  Ağacdan üzləmələr təbii, ekoloji və ən universal variantdır. Müxtəlif növlərindən istifadə olunur.
  • Palıd. Ən davamlı və etibarlı variant, hansı ki, məhəccərlərin və arakəsmələrdə istifadəsi xüsusilə əhəmiyyətlidir. O rütubətə davamlıdır ki, bu da sanitar qovşaqların və mətbəxdə nəm zonaların tərtibatı üçün uyğun variant hesab olunur.
  • Fıstıq. Material çox davamlıdır, bu xüsusilə ev heyvanları və kiçik uşaqları olan evlər üçün uyğun sayılır.
  • Şpon. Şpon üzləmə interyeri tamamlayaraq onu daha rahat edir.
  • MDF. MDF üzləmə ən büdcəli variant hesab edilir. Zahirən təbii ağacdan praktiki olaraq fərqlənmirlər, işlənməsi asandır, praktikdir, yüksək rütubət və temperaturlu otaqlar üçün uyğundur, emal etmək və rəngləmək asandır.
  • Metal. Metal reykalar loft və ya hay-tek üslublu interyer üçün əla bir həlldir. Onları boyamaq və yaxud təbii rəngində saxlamaq olur.

Üzləmələr hansı otaqlarda istifadə edilə bilər

  • Dəhliz
  • Mətbəx
  • Qonaq otağı
  • Yataq otağı
  • Uşaq otağı
  • İş otağı
  • Hamam otağı.


"German Studio", interyeri daha maraqlı, nəfis və qeyri-adi hala gətirərərək, evinizdəki atmosferi daha isti və rahat edəcək üzləmə həllərini təklif edir.

"German Studio" salonu, şəhərin mərkəzində, çox rahat ünvanda (Xətai ray., Xocalı pr., 29) yerləşir. Dizaynerlərimiz bir çox sualları cavablandırmağa və sizin üçün ən optimal olan təklifi təklif etməyə hər zaman hazıdır, telefon, e-poçt vasitəsi ilə əlaqə saxlaya və ya yaxud şəxsən salonumuza yaxınlaşa bilərsiniz . Sizin üçün əlverişli olan istənilən bir ünsiyyət üsulunu seçin və hər bir halda keyfiyyətli konsultasiya Sizi gözləyir!

Əgər suallarınız varsa, məsləhət almaq və ya hesablamaq üçün layihənizi göndərmək istəyirsinizsə, +994 55 888 88 15 nömrə və yaxud office@germanstudio.az ünvan vasitəsi ilə əlaqə saxlaya bilərsiniz.