QARDEROB VƏ QARDEROB OTAĞI

Umbria Qarderob Mebeli

"German Studio"-dan müxtəlif modifikasiyalarda lyuks qarderob mebeli müştərilərin bütün istəklərini nəzərə alır. Burada şalvarlar, kəmərlər, qalstuk, bluzlar, pencəklər, İdman ləvazimatlar, yataq örtüsü dəsti və bir çox başqa əşyaların saxlanılması üçün bölmələr var. Müasir alman furnitur və mexanizmlər qarderobu səssiz və hamar şürüşdürməyə imkan verir, hansıkı mebeldən istifadəni rahat və asan edir. Mebel dekorunda  yalnız yüksək keyfiyyətli materiallardan istifadə olunur. Bu, mebelin möhkəmliyini, istismar müddətini artırır və orijinal görünüşünü uzun illər qoruyur. German Studio-da siz, ideyalarınıza, zövqünüzə və məkanın ölçülərinə uyğun olaraq hazırlanmış qarderobu əldə edə bilərsiniz.

Qarderob mebeli "German Studio"dan

Müasir məşğul həyat ritmi insanları hər şeydə qayda-qanunu saxlamağa tələb edir, bu həm də əşyalara aiddir. Əksər hallarda adi qarderoblar kifayət qədər paltar yerləşdirməyə və səliqəli gönürüşü saxlamağa imkan vermir. Bir müddət rəflərdə qaldıqdan sonra paltar səliqəsizləşir və zərifliyini itirir. Müasir tələblərə cavab verən bir ev-sizin həyat tərzinizin, rahatlığın, funksionallığın və üslubun əksidir. Əşyaların saxlanılması üçün tutumlu sistemlər və ya bütün qarderob otaqları rahatlığın yüksək səviyyəsinin mühüm hissəsidir.  “German Studio” –dan elit qarderob, saxlama xüsusiyyətlərini nəzərə alaraq, yalnız mənzil sahibinin statusunu vurğulamaqla yanaşı, geyim, ayaqqabı, aksesuar və yataq ləvazimatlarını yerləşdirilməsi problemini də səmərəli şəkildə həll edir. Geniş qarderob otağında trümo, komod, ütüləmə lövhəsi, pufiklər və digər mebel əşyalarını yerləşdirilə bilər. İnteryer sahiblərinin arzusuna uyğun olaraq hazırlanır və əşyalar ideal şəkildə saxlanılır.

Qarderob korpus mebelinin bir neçə elementindən ibarətdir, hansında ki, paltar, ayaqqabı və ev tekstili səliqə ilə saxlamaq olar. Köynək və şalvarınızı seçiminizə görə asa bilərsiniz və beləliklə hər səhər normal paltar axtarmağa sərf ediləcək vaxta qənaət etmiş olursunuz.

 

qarderob otağı - qarderoblar - гардеробы - гардеробная комната - german studio

 

Qarderob sistemlərinin əsas xüsusiyyətləri

Alman istehsalı olan mebel, üstün keyfiyyətə, praktikliyə, formaların ciddiliyi və lakonizmlə seçildiyi üçün həmişə tələb olunurdu. Bu xüsusiyyətlər sayəsində qarderoblar istənilən interyeri mükəmməl şəkildə tamamlayır.

Qarderob sistemlərinin əsas xüsusiyyətləri aşağıdakılardır:

    1) Yüksək texnoloji avadanlıqlardan istifadə edərək istehsal olunur. Zavodda mebellərin istehsalı zamanı yalnız müasir texnologiyalar və innovativ avadanlıq tətbiq edilir və məhz buna görə də məhsullar keyfiyyətli və etibarlı alınır. Bu məhsullar orijinal xüsusiyyətlərini itirmədən uzun illər xidmət edəcəklər

    2) Ekoloji təmiz və təbii materiallar. İstehsal olunan mebel allergik reaksiyalara səbəb olmayan və zərərli kimyəvi maddələr yaymayan təbii təhlükəsiz materiallardan istehsal olunur. Mebelin istehsalında istifadə olunan bütün lak və boyalar zərərsizdir və yoxlanılır.

   3) Unikal görünüş. Almaniya istehsalı olan eksklüziv mebel otaqda xoş, rahat bir atmosfer yaradır. Modellərin çeşidliyi, hər bir müştəriyə ehtiyac və istəklərini tam təmin edəcək doğru seçimi etməyə imkan verir.