OTAQ QAPILARI

Torrance

 

Otaq qapıları German Studio-da

Elit otaq qapıları interyerin çox nəzərə çarpan və tez-tez istifadə olunan bir hissəsi olduğundan, seçim edərkən xüsusi diqqətə layiqdirlər. 

Düzgün seçilmiş yüksək keyfiyyətli elit otaq qapıları gündəlik istifadəyə davamlı olacaq, otaqlar arasındakı səs ötürülməsini minimuma endirəcək, xarici təsirlərdən qoruyacaq, eyni zamanda bir evin və ya mənzilin ümumi daxili dizaynına xarakter və üslub əlavə edəcəkdir.

Alman keyfiyyətli otaq qapıları, istehsal prosesində qabaqcıl texnoloqiyalarla istənilən dizayn fikirlərinin birləşməsinə sahib olan qapılardır. Bu elit qapıların fərqləndirici bir xüsusiyyəti dizayn məhdudiyyətləri olmamağıdır, buna görə də model xətti istənilən otağın görünüşünü mükəmməl şəkildə dəyişdirən, həm ənənəvi «düz», həm də “alaqapı” formalı qapılar təqdim olunub.

 

otaq qapıları - otaq qapı modelləri - otaq qapilari

 

Otaq qapıları ilk baxışdan necə olur?

Yüksək dəb standartları, otaq qapılarının ətraf mühitə ahəngdar şəkildə uyğunlaşaraq vahid stil məkan olmasını tələb edir. Qapı dizayn baxımından önəmli bir obyektdir. Çünki bir evə və ya mənzilə girəndə ilk gördüyümüz məhz qapı olur.

Vacib: İnteryer qapıları estetik təəssüratı dəfələrlə gücləndirə və yaxud əksinə, təəssüf ki, korlaya bilər. Buna görə də, qapılar yalnız daxili otaqların deyil, həm də bütün evin ümumi üslubunu nəzərə alaraq seçilməlidir. “German Studio” müştərilərin fərdi tələblərini nəzərə alaraq, lüks qapılar istehsal edir. Bu zaman Siz dizaynın hazırlanmasını mütəxəssislərimizə həvalə edə bilərsiniz və ya hazırlanacaq məhsulun eskizi təqdim oluna bilər.

Avropa bazarında ən yaxşı daxili qapılar təklif edə bilən lider istehsalçılar İtaliya və Almaniyadır, bu ölkələrin hər biri öz texnologiyalarını inkişaf etdirməyə çalışır. Burada rəqabət böyükdür, buna görə də Alman ustaları tələbatı mümkün qədər təmin etmək və bu sahədə onlara liderlik etməyə imkan verəcək yüksək keyfiyyətli məhsullar yaradırlar.

Otaq qapılar sifariş edərkən nə vacibdir?

 

Otaq qapıları seçərkən vacib olan amillər

  • İstifadənin rahatlığı-qapı ən azı düzgün tərəfə açılmalıdır, kiçik mənzillərdə isə yerə qənaət etmək üçün sürüşmə və kaset qapıları münasibdir;
  • Ekoloji təmizlik- qapı istehsalı zamanı və dekorasiyası üçün materialların düzgün seçimi çox vacibdi;
  • Dizayn - daxili qapılar otağın interyerini tamamlayır, buna görə də, məsələn, loft stili üçün tez-tez anbar qapılarını, klassik üçün isə - yüksək keyfiyyətli ağacdan olan modellərə üstünlük verilir;
  • Səs izolyasiyası- xüsusilə yataq və uşaq otaq daxili qapılar üçün vacibdir.

Tarixən elə olub ki, alman sözünü eşidəndə, dərhal etibarlıq və etalon keyfiyyətinin təəssüratı yaranır. “German Studio”, Sizə bütün arzularınızı reallaşdıracaq mükəmməl qapı modellərini təqdim edir. “German Studio” sizə bir çox müasir qapı modelləri təklif edir - şık dizayn elementli, müasir şüşə, təbii şponlu və ya rəngli örtüklü qapılar.

Siz klassikanı sevirsiniz və eyni zamanda müasir üslubun pərəstişkarısınız? O zaman “German Studio”-dan hər zaman aktual olan otaq qapıları tam olaraq axtardığınızdır. İstənilən üsluba uğurla uyğunlaşan qapı modellərini “German Studio”-da asanlıqla tapa bilərsiz.

German Studio” uğurlu və fəal inkişafına davam etdirir.

Fəaliyyətinin əhatə dairəsi yalnız istehsal və satış deyil, həm də müştərilərin doğru məhsul seçimi barədə qərar vermələrinə kömək edən hər cür xidmətin göstərilməsi də daxildir.