“H.b. Zərdabi” layihəmizin mətbəx mebelinin şəkillərini sizinlə bölüşmək istəyirik.
Təhvil verdiyimiz bu mətbəx mebeli, tavanadək uzanan eleqant dizaynı və müasir üslubu ilə həm funksionallığı, həm də estetik görünüşü bir araya gətirir. Açıq tonların saflığı ilə taxta teksturasının təbiiliyi harmonik şəkildə sintez olunaraq interyerə isti və zərif bir ab-hava qatıb.
Dəzgah səthi, “Miracle Stone” kolleksiyasına daxil olan yüksək keyfiyyətli kvars materialından hazırlanıb. Cızılmalara, ləkələrə və istiyə qarşı dayanıqlı olan bu material həm estetik, həm də praktik baxımdan ideal seçimdir və uzunömürlülüyü ilə seçilir.
Mebeldə rahat istifadə üçün nəzərdə tutulmuş qaşıqlıq, tullantı qabı və kargo mexanizmi kimi detallara xüsusi diqqət verilib. Hər detal gündəlik istifadədə maksimum komfort yaratmaq üçün düşünülüb.
Bundan əlavə, mətbəx sifarişi verən bütün müştərilərimizə, keyfiyyətin və fərqliliyin simvolu olan “German Studio” istehsalı xüsusi doğrama taxtası hədiyyə edirik.