LAYİHƏLƏRİMİZ

28 May Layihəsi

Sizinlə “28 May” layihəmizin fotolarını bölüşürük.
Tavana qədər uzanan, tünd və açıq tonların harmonik sintezində dizayn edilən bu mətbəx mebeli neoklassik üslubun incəliklərini özündə birləşdirir.
Üst fasad hissə “Linus” kolleksiyası, aşağı fasad hissə “Axel” kolleksiyasına aiddir. Mətbəx üst fasad- Chocolate Brown, alt fasad- Gray Morn rənglərində dizayn edilib.
Klassik formaların müasir yanaşmalarla vəhdət təşkil etdiyi bu dizayn, həm funksionallıq, həm də estetik baxımdan yüksək zövq təqdim edir.
Dəzgah səthi isə davamlılığı və eleqant görünüşü ilə seçilən “Miracle Stone” kolleksiyasına məxsus kvars materialından hazırlanıb. Bu seçim həm gündəlik istifadəyə uyğunluq, həm də uzunömürlülük baxımından ideal həll sayılır.
Mexanizm və furnituralar Alman firmalarına məxsusdur.
Təhvil verdiyimiz bu masa dəsti funksionallıq və estetikliyi bir arada təqdim edir. Masa üzlüyü keyfiyyətli keramoqranit materialdan hazırlanaraq həm möhkəmlik, həm də zərif görünüş təmin edir. Metal ayaqlar isə konstruksiyanın dayanıqlığını artırmaqla yanaşı, modern və minimalist dizayna vurğu edir.