HAMAM OTAĞI MEBELİ

Fresno Hamam Mebeli

 

Müasir hamam otağı öz tərtibatı üçün yüksək keyfiyyətli hamam mebeli, ona verə biləcək lazımi stil və komfort tələb edir. Dünyanın hər yerində çoxlu sayda hamam otaq mebellər istehsal olunur, hər birinin öz xüsusiyyətləri və üstünlükləri var, lakin Almaniya istehsalı olan hamam otaq mebelləri ən yaxşı seçim hesab olunur. Alman istehsali hamam mebeli yüksək standartlara cavab verən keyfiyyəti sayəsində populyarlıq qazanmışdırlar.

Hamam Mebeli "German Studio"dan

Saytımızın kataloqunda təqdim olunan elit hamam otaq mebelləri istənilən üslubun standartlarına cavab verən ən funksional məkan təşkil etməyə imkan verəcək. Nəyə üstünlük verdiyinizdən asılı olmayaraq, lüks və ya lakonik dizayn, qızıl bəzək çərçivələri və ya güzgü xəttlərinin sadəliyi, burada istənilən interyer üçün həll tapa bilərsiniz.
Əlbəttə, hər cür mebel və müxtəlif dekor əşyalarını yerləşdirmək üçün qarşınızda geniş bir yeriniz varsa, xəyal etmək asandır. Almaniyanın aparıcı istehsalçılarının kolleksiyalarının elementlərindən istifadə edərək, hətta kiçik bir hamam otağında belə əsl möcüzə yarada bilərsiniz. 
Saytdaki məhsullar arasında Sizi maraqlandıran model yoxdursa, o zaman biz sizin ilə xüsusi şərtlərlə fərdi sifariş rəsmiləşdirəcəyik. Saytımızda təqdim olunan məhsullar və istehsalçılar haqqında hər hansı bir məlumat almaq üçün bizimlə əlaqə saxlaya bilərsiniz. Dizaynerlərimiz müştərinin bütün istəklərinə uyğun olaraq, klassik və ya müasir mebel seçməyə kömək edəcək.

 

hamam mebeli - banyo mebeli - hamam otağı - hamam otagi mebeli - ванная мебель - мебель для ванной комнаты - german studio

 

Hamam mebeli hansı materiallardan istehsal olunur?

Hamam otağı üçün əşyalar suya və yüksək temperaturaya davamlı materiallardan hazırlanmalıdır.

Buna:

  • ağacın xüsusi emal edilməsi
  • bir neşə qat laklama və minalanma
  • xüsusi örtüklərdən istifadə edərək nail olmaq olar.

Banyo sahəsi üçün hamam mebeli hazırlayarkən xammalın keyfiyyətinə böyük diqqət yetirilir, palıd, fısdıq kimi təbii ağacdan istifadə olunur. Bütün istifadə olunan materialların emalı: təbii ağac, keramika, metal və s. alman dəqiqlik və keyfiyyəti ilə həyata keçirilir. Eyni zamanda, Almaniyada istehsal olunan bütün mebellər ciddi ekoloji standartlara cavab verir və həyat üçün təhlükəsizdir. Alman istehsalçıları, illərlə zəhmətli və sənətkarların çoxəsrlik təcrübəsinə sahibdirlər və bu səbəbdən mebellərinin mükəmməl performansına və etibarlılığına zəmanət verir. Bütün mebellərin: tumbalar, dolablar və tekstil üçün şkafların və s. erqonomik və istifadə üçün rahat olması vacibdir.

“German Studio”-dan olan hamam mebeli kolleksiyaları bir sıra üstünlüklərə malikdir:

  • rütubət və temperaturaya davamlı
  • banyo aksesuarları üçün geniş saxlama sistemi
  • mebel əşyalarının erqonomik formaları olması.

Eleqant bir hamam sahənin tərtibatında ən çox istifadə olunan mebel əşyaları aşağıdakılardır:

  • Təbii ağacdan hazırlanmış çanaq altı dolablar
  • Keramik çanaq
  • Quraşdırılmış güzgülü divar şkafı
  • Tekstil saxlanılması üçün dolab
  • Güzgülü panellər
  • Dəsmal asılqanlar
  • Bornozlar üçün döşəmə askıları.

Elit alman hamam mebeli aşağıdaki üstünlüklərlə seçilir:

  •  davamlılıq;
  •  funksionallıq;
  •  sadə dizayn.

Hamam mebellərimiz orijinal dizaynı, funksionallığı və mükəmməl keyfiyyəti uğurla birləşdirərək istənilən interyerə ideal uyğunlaşacaqdır.

Biz, "German Studio"-da sizin üçün gözəl, rahat və keyfiyyətli sahəni qurmağa çalışdıq, hansı ki, səhərlər və axşamlar sizi sevindirəcək, öz cəlbedici zahiri görünüşünü ən azı 10 il saxlayacaq!