LAYİHƏLƏRİMİZ

Yeni Kolleksiya "Altair"

Show Room-da təqdim edəcəyimiz Yeni model - kolleksiyamızdan olan “Altair” mətbəx mebelidir.
Bu mətbəxin əsl fəlsəfəsi - Günəşin ən yaxın qonşularından biri olan, adi gözlə müşahidə edilə bilən ən parlaq ulduzdur.
Həm dizaynerlər, həm də mebel istehsalçıları tərəfindən fəal şəkildə istifadə edilən 2022-ci ilin moda meyllərindən biri xəttli işləmələrdir.
Avanqard üslublu mətbəx mebeli qeyri-standart düşüncəyə və orijinal zövqə malik, hər şeydə azad düşüncə və müstəqilliyi ilə seçilən insanlara uyğun həlldir. Dəbli qızıllı tutacaqlar, gizli işıqlar, möhkəm mexanizmlər, mətbəxə incəlik və eleqantlıq verir.
Müasir Tv Stendlər interyerin əvəzsiz atributudur. Modellərin böyük müxtəlifliyi interyerə mükəmməl uyğun gələn ən yaxşı variantı seçməyə imkan verir.
Mətbəx və oturma otağının birləşməsi, sərhədləri genişləndirməyə, işıq və hava əlavə etməyə imkan verir. Bu, tərtibatı daha sərbəst və müasir edir.
Yeni kolleksiyamızla tanış olmaq üçün, sizi mağazamızda gözləyirik.