LAYİHƏLƏRİMİZ

Yasamal Layihəsi

Təqdim edəcəyimiz layihə, bütün xırda detalları nəzərə alınaraq tərtib edilmiş, sahədə ifadəli və təkrarolunmaz interyeri yaratmış alman keyfiyyətli TV stend və dolab modelidir. 

Funksional və praktik, eyni zamanda eleqant TV stend sahəyə rahatlıq və tərzin sintezini qatır. İdeal rəng kombini isə xüsusi şıklığın notunu əlavə etmiş oldu.  TV stendin istehsal zamanı yüksək keyfiyyətli Avstriya və Almaniya istehsalı materiallar və mexanizmlərdən istifadə olunmuşdur.

Eleqant və maksimum funksional, kamin quraşdırılmış dolab sahənin ümümi interyeri zərif şəkildə tamlayır. Mebelə quraşdırılmış kamin kompakt və universal həll hesab olunur və çox aktualdır. Kamin ətrafı gizli qulplar isə interyerə xüsusi şarm qataraq məkana minimalizmin notunu qatmış olur.

“German Studio” -da təklif olunan TV stend və digər mebel modelləri mükəmməl keyfiyyət və parlaq estetik həlləri ilə seçilir.

Təhvil verdiyimiz funksional və tutumli dəhliz mebeli, mənzilin ümümi interyerini praktik və ahəngdar şəkildə tamamlayır. Düşünülmüş erqonomika və dizayn müasir tendensiyalara uyğun olaraq yerinə yetirilmişdir. Quraşdırılmış gizli qapı interyerə xüsusi səliqəli görünüş qatmış olur.

Karqo mexanimzli çamaşırxana isə funksionallıq və praktikliyi ilə ümumi interyerə rahatlıq əlavə etmiş olur.

Hər zaman olduğu kimi bu layihədə də, yalnız yüksək keyfiyyətli material və mexanizmlərdan istifadə olunub. Etibarlı materialların istifadəsi istehsal olunan məhsulun yüksək keyfiyyətinin, erqonomikliyinin və praktikliyinin zəmanətidir.

Biz öz müştərilərimizə evin bütün mebellərin A-dan Z-yə hazırlanmasını təklif edirik – dizayn, tərtibindən tutmuş çatdırılmasına və quraşdırılmasına qədər bütün işlər şirkətimizin mütəxəssisləri tərəfindən həyata keçirilir. Dizaynerlərimiz maraqlı və zövqlü həllər təklif edəcək və düzgün birləşməni seçməyinizə kömək edəcəkdir. Geniş çeşidli məhsullar klassik variantlardan müasir tendensiyalara qədər müxtəlif üslublarda interyer yaratmağa imkan verir: minimalizm, müasir, hay-tek və s.