LAYİHƏLƏRİMİZ

Xətai Light Layihəsi

Praktiklik və zərifliyin birləşməsi olan mətbəx mebeli

Təhvil verdiyimiz geniş künc formalı mətbəx mebeli müasir üslubdadır. Qara çərçivədə şüşə və təqlidi ağacın kapuçino rəngi ilə heyrətamiz uzlaşması, led işıqlandırma – mətbəxə nəcibliyin notunu qatır. Mebelin rəngləri ümumi interyerə ən yaxın olanı seçilib. Buna görə də mətbəx “yüngül” və zərif görsənir. Daxili işıqlandırma pultla idarə olunur.

Mətbəxdə çoxlu dolabların olmasına baxmayaraq, otaq geniş görünür. Buna üst dolabların dar və tavana qədər olması sayəsində nail olunub. Belə bir tərtib sahəni vizual olaraq geniş edir. Mətbəx mebelin istehsalında yüksək keyfiyyət standartlarına cavab verən materiallardan istifadə olunub. Mexanizmlər isə məşhur alman brendinə məxsusdur. İstifadə olunan materiallara qulluq etmək asandır. Yaxşı düşünülmüş tərtibat isə səmərəli saxlama məsələsini həll etməyə imkan verdi.

Nəticə olaraq, layihə səliqəli, ahəngdar və funksional alınıb. Beləliklə, mətbəx hələ uzun illər aktuallığını qoruyacaq. Düzgün erqonomika da bunda mühüm rol oynayır. Dizaynerimiz də layihəni tərtib edərkən buna böyük diqqət yetirdi.