LAYİHƏLƏRİMİZ

Xətai Layihəsi

Sizə növbəti təfvil verdiyimiz layihəni – mətbəx mebeli, qarderob, TV stend, çamaşırxana və s. mebelləri təqdim edirik.
“German Studio”-nun mütəxəssisləri tərəfindən təhfil veriləni layihənin unikallığı onun hərtərəfli işlənib, hazırlanmasıdır. Hər bir mebel dəsti funksional düşünülmüş elementlərin harmonik birləşməsidir.
Layihə lakonik və eyni zamanda şık görünüşü, funksionallığı ilə xarakterizə olunan müasir üslubda tərtib edilib və dizayn ən kiçik detallara qədər düşünülüb.

Mətbəx mebelin tərtibi zamanı funksionallıq, rahatlıq və fərdilik birinci yerdə idi. Praktiklik və funksionallıq mətbəxin əsas xüsusiyyətləridir. Mətbəx mebelin hər bir santimetrdən belə səmərəli istifadə olunub: qab-qacaqların səliqəli və rasional saxlanılması üçün dolablara müxtəlif ölçü və konfiqurasiyalı orqanayzerlərin quraşdırılıb, beləliklə hər bir xırda əşya belə öz yerində olacaq və funksionallıq və komfort ilə təmin etmiş olacaq.  

Mətbəx sahəsində olan ağac teksturalı dolab mebel ilə ideal uyğunlaşaraq məkana ahəngdarlıq qatır. Daxili işiqlandırma və ideal seçilmiş rəng qamması isə mebellərdə nəcib xüsusiyyətləri vurğulayır.

Gözəl və harmonik bir dizayn yalnız funksionallıq deyil, eyni zamanda düzgün bir tərtibat və aydın şəkildə müşahidə olunan bir üslubdur. Layihədə hər bir element zəriflik və maksimum funksionallıqdır.

Gözəl xarici görünüşlü qarderob otağı funksional daxili quruluşu ilə çoxlu miqdarda əşyanın saxlanmasını təmin edir. Quraşdırılmış dolab isə qüsursuzluq, nəciblik və incəliyi ilə interyeri ideal tamamlayır.

Unikal görünüşü ilə fərqlənən yazı masa və tumba isə iş otağına rahatlıq qataraq interyerə ideal uyğunlaşıb.

Cəsarətli və eko rəng olan yaşıl rəngdə dizayn edilmiş çamaşırxana ümumi interyerə xüsusi gözəllik qatmış olur.

Bütün mebellərin  istehsalında yalnız qabaqcıl keyfiyyəti zamanla sınanmış istehsalçıların materiallar və mexanimzlərdən istifadə olunub.

Müştərinin hər bir istəyini nəzərə alınması, yüksək keyfiyyət, maksimum funksionallıq, unikal və şık dizayn - bütün bunlar sifarişçinin istədiyi nəticəni əldə etməsilə nəticələndi.

Təhvil verdiyimiz layihələrimiz yüksək keyfiyyət və optimal qiymət zəmanətidir.