LAYİHƏLƏRİMİZ

Xətai Layihəsi

Növbəti təhvil verdiyimiz layihə universal və aktual olan ağ mətbəx mebelidir.

Mətbəx modern üslubunda dizayn edilib. Funksionallıq, praktiklik və erqonomika layihənin tərtib zamanı əsas prioritet idi. Mətbəx mebelin bəzəksiz olması, quraşdırılmış məişət texnika və qulpsuz dolablar sahəyə minimalizmin notunu qatır və interyerə təmkinlik və xüsusi zəriflik qatmış olur. Düzgün və aydın xəttlər, high-gloss dolablar interyerə ahəngdarlıq və lakoniklik qatır. Ağ rəng sahəni vizual olaraq genişləndirir, məkana səliqəlik və işıqlıq qatır. Bundan əlavə, ağ rəng ev sakinlərinin əhval-ruhiyyəsinə faydalı təsir göstərir, buna görə də yüngül bir dizayn, xüsusilə kiçik məkanlar üçün hər zaman müvafiq və düzgün bir dizayn həlli hesab edilir.