LAYİHƏLƏRİMİZ

Xətai Layihəsi

Bu gün sizinlə “Xətai” layihəmizin mətbəx mebelinin fotolarını bölüşəcəyik.
Showroom`da nümayiş etdirdiyimiz “Nature” mətbəx mebelindən ilhamlanaraq dizayn edilmiş bu modern mətbəx, açıq rənglərin və ağac teksturasının mükəmməl harmoniyasını əks etdirir. Şüşəli üst dolab və sadə, təmiz xətləri ilə diqqət çəkən bu mətbəx, həm funksionallığı, həm də estetikanı bir araya gətirir. Tavana qədər olan dizayn, məkanı daha geniş və dərin göstərərək, hər bir detalı ilə müasir və rahat bir atmosfer yaradır.
Mebeldə istifadə edilmiş dəzgahlıq “Miracle Stone” kolleksiyasına məxsus keramoqranit materialındandır. Keramoqranit materialı, yüksək dayanıqlılığı, suya və istiliyə qarşı müqaviməti ilə xüsusilə mətbəx və hamam kimi yüksək istifadə edilən sahələrdə ideal seçimdir.
İstifadə edilmiş mexanizm və furnitura Alman firmalarına məxsusdur.