LAYİHƏLƏRİMİZ

Xətai Layihəsi

Bu gün sizinlə “Xətai”də təhvil verdiyimiz layihəmizin fotolarını bölüşəcəyik.

Mətbəx mebeli modern üslubda tavana qədər olmaqla dizayn edilmişdir. Mebeldəki fasadlar MDF mat boyadır. Fasad rəngi RAL 9018 Papyrus white. Korpus isə LDSP Türkiyənindir.

Mətbəxdə dizayn edilmiş şüşə dolablar və açıq rəf sistemi, incə və zərif görünüşü ilə məkanı havadar və geniş göstərir. Şüşə qapılar aluminium qara mat profil, fume rəng temperli şüşədir. Şüşəli dolabların korpusu şpon materialındandır. Açıq asılqan rəflər şpon, asılqan hissə qara mat boyalı dəmirdir.

Üst hissədəki dolablarda bas aç mexanizmi quraşdırılımışdır.

Mərkəzdə quraşdırılmış ada hissə saxlama və iş sahəsi funksiyasını yerinə yetirir.

Furnitura və mexanizmlər Almaniya və Avstriya istehsalıdır.