Sizinlə “Twin Towers” layihəmizin mətbəx mebelinin fotolarını təqdim edirik.
Bu layihədə təqdim olunan mətbəx mebeli "Millau" kolleksiyasına aiddir. Dizaynda xüsusi ağac fakturalı Şpon və Traffic Gray rənglərinin harmoniyası müasirlik və təbii ahəngi bir araya gətirir. Rəng keçidləri və materialların fakturalı səthi mətbəxə isti və zərif atmosfer qazandırır.
Dəzgah səthi isə "Miracle Stone" kolleksiyasının akrilik seriyasına daxil olan “Brown Nebula” rəngidir. Bu akrilik daş yüksək davamlılığı, su və ləkə keçirməzliyi, ilə həm estetik, həm də funksional baxımdan ideal seçimdir.
Üst hissədə yerləşən şüşəli, LED işıqlı dolablar sayəsində həm vizual effekt yaradılır, həm də saxlama sahələri işıqlanaraq mətbəxə əlavə parlaqlıq bəxş edir.
Alt künc dolab hissəsində isə karusel sistem mexanizm quraşdırılmışdır. Bu sistem sayəsində künc hissələrdəki boşluq tam şəkildə funksional hala gətirilir — rəflər fırlanaraq içəridəki əşyaların rahatlıqla əldə olunmasına imkan yaradır. Karusel mexanizmlər mətbəxdə istifadə rahatlığını artırır, həmçinin künc sahələrin maksimal səmərə ilə istifadəsini təmin edir.
Bu mətbəx layihəsi estetik görünüşlə funksionallığı birləşdirərək, zövq, keyfiyyət və rahatlığın mükəmməl balansını təqdim edir.