LAYİHƏLƏRİMİZ

The Ritz Carlton Layihəsi

Bu gün sizinlə “The Ritz Carlton” layihəmizin şəkillərini bölüşəcəyik.

Qonaq otağının interyerində dizayn edilmiş mebellər, dekorasiya və detallar vacib əhəmiyyət kəsb edir.
TV Stend mebeli məkanın mərkəzi elementlərindən biridir. Bu mebel mənzilin interyerini tamamlayır.
Giriş sahəsində divar içinə dolab quraşdırılmışdır ki, buda istifadə rahatlığı və zərif görünüşü ilə məkanı tamamlayır.
Güzgü isə istifadə edildiyi məkanda estetik görünüşə malikdir.
Şərablıq bar isə məkana zəriflik və cəlb edicilik qatır. Arxalıq hissə güzgüdür.
Mebellərdə istifadə edilmiş furnitura Alman firmalarına məxsusdur.
Zəriflik və funksionallıq mətbəxi həm yemək bişirmək, həm də yemək üçün eyni dərəcədə erqonomik və ideal məkan halına gətirən anlayışlardır.
Açıq rənglərin sakitləşdirici təsir göstərməsi və şənlik hissi oyatması ilə yanaşı, həm də məkanı vizual olaraq genişləndirir və işıqla doyurur. Buna görə də, mətbəxin yaşayış sahəsinin bir hissəsi olduğu kiçik mətbəxlərdə və ya açıq planlı mənzillərdə onun dekorasiyası üçün açıq rənglərə üstünlük verilir.
Açıq rəngdə tavan qədər olmaqla dizayn edilən mətbəx mebeli öz zərifliyini qoruyaraq, daim aktual olaraq qalır.
Mətbəx mebelinin furniturası Alman firmalarına məxsusdur. Mebelin dəzgahlığı və önlüyü Miracle Stone kolleksiyasına məxsus akrilik daşdandır.
Tavana qədər olmaqla ağ rəngdə dizayn edilmiş dolablar məkanı vizual olaraq daha geniş və havadar göstərir.
Dolabın qapısında sürüşən mexanizm quraşdırılmışdır. Sürüşən qapılar bir-birinin arxasına yuvarlandığı üçün dolabın qarşısında çoxlu boş yer buraxmağa ehtiyac yoxdur.
Mebelin içərəsində işıqlandırma quraşdırılmışdır.
Camaşırxana otağı kiçik bir yerdən maksimum istifadə etməyin gözəl bir nümunəsidir. Camaşırxana hətta ən kiçik otaqda da quraşdırıla bilər, əsas odur ki, məkanı düzgün idarə edin.
Camaşırxana otağı tamimilə sizin seçimləriniz və məkanın sahəsinə uyğun dizaynda hazırlanır. Açıq rəflər yuyucu vasitələrin və digər lazimi əşyaların əl çatan hissədə olmasını təmin edir. Yuyulmuş paltarların qurudulması və ütülənməsi üçün quraşdırılmış avadanlıqlarda otaqda istifadə rahatlığı yaradır.
Dolab paltar və ayaqqabıların, aksesuarların və məişət əşyalarının saxlanması üçün xüsusi olaraq təchiz olunmuş mebeldir. Bu, erqonomik şəkildə yerləşdirilmiş rəflər, çəkməcələr və funksional elementlərdən ibarət strukturdur.
Ağ rəngdə tavana qədər olmaqla sürüşən mexanizmlə dizayn edilmiş dolab mebeli istifadə olunduğu məkanda istifadə rahatlığı yaradır.
Daxili qapılar evin interyerinin formalaşdırılmasında mühim rol oynayır. Onlar yalnız interyerin fərdiliyini vurğulayan dekorativ funksiyanı yerinə yetirmirlər, həm də praktik üstünlüklərə malikdirlər.
Dizayn edilmiş qapılar xüsusi divariçi sürüşən mexanizmlidir.
Mebellərdə istifadə edilmiş furnitura Alman firmalarına məxsusdur.