LAYİHƏLƏRİMİZ

"Beeck Küchen" S.Rüstəm Layihəsi

Bu gün sizinlə “Süleyman Rüstəm”də təhvil verdiyimiz layihəmizin fotolarını bölüşəcəyik.
Mətbəx mebeli Almaniyanın “Beeck Küchen” fabrikinin “Vento 80 L” modelidir. Mebel tavana qədər olmaqla, sadə və zəriflik nəzərə alınaraq dizayn edilmişdir. Fasad MDF mat sətin boya ilə hazırlanıb. Mebel hər tərəfdən 8 sm ölçüsündə ramkalıdır.
İstifadə edilmiş fasad fabrikin bu model üçün təklif etdiyi xüsusi Kaschmir rəngi ilə boyanıb. Kiçik detallardan olan tutacaqlar isə, mətbəx mebeli ilə mükəmməl uyğunluq yaratmışdır. Dəzgahlıq və divar paneli kvars materialından hazırlanıb.
Furnitura və aksesuarlar (qaşıqlıq, tullantı qabı və s.) Alman firmalarına məxsusdur.