LAYİHƏLƏRİMİZ

Süleyman Rüstəm Layihəsi

Bu gün sizinlə “Süleyman Rüstəm”də təhvil verdiyimiz layihəmizin fotolarını bölüşəcəyik.
Mətbəx mebelində şüşə dolablar interyerə nəciblik əlavə edir. Bu dolablar dekor elementi, həmçinin saxlama sahəsi kimi funksionallığa malikdir.
Dizayn etdiyimiz mətbəx dolablarının fasadı MDF mat boya-dır. Fasad rəngi RAL 7039 Quartz grey
Korpus hissə LDSP Türkiyə-dir. Qapıların açılış forması bas aç mexanizmilədir.
Şüşəli qapılar aluminium qara mat profil, fume rəng temperli şüşə ilə təhciz edilmişdir. Şüşəli dolabların arxa hissəsi güzgüdür.
Mexanizm və furnituralar Alman firmalarına məxsusdur.