LAYİHƏLƏRİMİZ

Sky Home Layihəsi

“Sky Home” layihəmizin mebellərinin şəkillərini təqdim edəcəyik.
Giriş zalında tavana qədər uzanan, funksional və minimalistik dəhliz mebeli dizayn etmişik. Konstruksiyada açıq rəflər, gündəlik istifadə üçün əlçatan oturma sahəsi və həm dekorativ, həm də praktik məqsəd daşıyan LED işıqlandırma sistemi quraşdırılıb.
Modern üslubda dizayn etdiyimiz TV stendi ümumi dizaynla harmoniya yaradaraq, həm estetik görünüş, həm də saxlanılma üçün optimal həll təqdim edir.
Layihədəki mətbəx mebeli “Altair” kolleksiyasından ilhamlanaraq “Spanish Gray” rəng palitrasında dizayn edilib. Sakit, zərif boz tonları mətbəxə həm müasir, həm də eleqant atmosfer qazandırır. Tavana qədər uzanan dolab konstruksiyası geniş saxlama sahəsi yaradaraq məkanı daha funksional və səliqəli istifadə etməyə imkan verir. Bütün bölmələrdə gündəlik rahatlıq nəzərə alınaraq funksional mexanizmlər tətbiq olunub.
Dəzgahlıqda “Miracle Stone” kolleksiyasına məxsus akrilik daş istifadə edilib. Bu materialın əsas üstünlüklərindən olan ləkə və nəmə qarşı davamlılığı, eləcə də asan təmizlənməsi mətbəx üçün onu ideal seçim edir. Akrilik daş həmçinin istilik dəyişikliklərinə qarşı dayanıqlı olmaqla yanaşı, istəyə uyğun formaya salınma xüsusiyyəti ilə də seçilir.

Tavanaqədər dizayn edilən dolablar həm vizual olaraq məkanı yüksəldir, həm də geniş saxlama sahəsi yaradaraq funksionallığı maksimum dərəcədə artırır. Dolabın ümumi xəttləri minimalistik və zərifdir. Seçilmiş qızılı tutacaqlar isə dizayna incə bir lüks toxunuşu əlavə edir.
Dolabın yan hissəsində inteqrasiya olunmuş makiyaj masası layihənin həm estetik, həm də praktiki tərəfini gücləndirir.
Layihənin uşaq otağı üçün nəzərdə tutulan dolabı isə kompakt ölçülü və iki rəngin harmonik sintezindən ibarətdir. Burada məkanın funksional istifadəsi əsas götürülüb: inteqrasiya olunmuş rəflər, geyim və oyuncaqlar üçün bölmələr quraşdırılıb. Rəng kombinasiya isə otağa enerjili və eyni zamanda balanslı bir atmosfer bəxş edir.