LAYİHƏLƏRİMİZ

Şüvəlan Layihə

Bu dəfə təhvil verdiyimiz layihə neoklassik üslubda dizayn edilib. Neoklassik üslub klassik və müasir ülubun harmoniyasıdır. Bu üslub funksionallıq və rahatlığın mükəmməl birləşməsidir.

Mətbəx mebelinin rəng sxemində təbii çalarlara üstünlük verilmişdir. Seçilmiş ton neoklassik üslubla birləşərək, məkana estetik görünüş və füsunkar ab-hava əlavə edib.

Tavana qədər dizayn edilmiş dolablar saxlama sahəsini artırmaqla mətbəxə şık vurğu əlavə edib. Şüşəli dolablar istifadə rahatlığı yaratmaqla, mebelin dizaynında yüngüllük və unikal görünüşü ilə seçilir. Kompakt mebel və məişət texnikası, qapılardakı tutacaqlar, işıqlandırma ümumi konsepsiyanı tamamlayır.

Ada, mətbəx dəstinin mərkəzində yerləşən və onu daha rahat edən çoxfunksiyalı masadır. Ada əlavə iş masası və saxlama yeri kimi funksionallığa malikdir.

Mebeldə yüksək keyfiyyətli Alman fitinqləri, Corian firmasına məxsus dəzgahlıq, MDF boya istifadə edilib.

Düşünülmüş bütün nüanslar zərafəti ilə seçilən şık və havadar mətbəx mebeli yaradıb.