LAYİHƏLƏRİMİZ

““Chocolate Tower”” Layihəsi

Bu dəfə sizə “Shokolad Tower”-ə təhvil verdiyimiz, super funksional, sadə bir o qədər də eleqant  mətbəx layihəni təqdim edirik.

Üslub  baxımından mətbəxi, ən müasir və geniş yayılmış Hay-tech üslubuna aid etmək olar. Layihənin tərtibində maksimal rahatlıq, sadə dizayn və funksionallıq ən vacib komponentlərdəndir. Mebelin tavana kimi olması sahədən maksimum istifadəsinə imkan verir. Mətbəx sahəsində yerləşən ada hissəsi həm iş sahəsini, həm yemək masasını, həm də saxlama yerlərini əhatə edir. Son zamanların trendi olan qulpsuz mətbəx interyerə minimalizmin notunu qatır.

Mətbəxin istehsalında hər zaman olduğu kimi, bu dəfə də ənənələrimizə sadiq qalaraq yüksək keyfiyyətli materiallardan istifadə olunmuşdur, buraya İspaniya istehsalı olan fasadlar və Almaniya istehsalı furnituralar daxildir. “DuPoint” şirkətinə məxsus olan korian materialdan hazırlanmış mərmər mətbəxə xüsusi şarmlıq qatır. Qara rəngin ağ rənglə ideal uyğunlaşması interyerə eleqantlıq qataraq ideal tamamlanmışdır.