Zərif, nəfis və simmetrik xəttlərin təmkinli rəng qamması ilə sintezi klassik üslubda mətbəx mebelin səciyyəvi xüsusiyyətləridir. Bu dizayn həlli məkanı xüsusi nəciblik, estetika və harmoniya nümunəsinə çevirir.
Təhvil verdiyimiz geniş mətbəx mebeli də klassik üslubda dizayn edilib. Mətbəx mebelin planlaması bir xətt üzrədir. Layihə erqonomika qaydalarına əsasən tərtib olunub. İstehsal zamanı ekoloji, keyfiyyətli və davamlı materiallardan istifadə edilib. Geniş dolablar, məşhur alman brendinə məxsus mexanimzlər istifadə rahatlığı ilə saxlama yerini mükəmməl təmin edib. Mətbəxdə bütün ən zəruri avadanlıqlar var: quraşdırılmış qabyuyan maşın, bişirmə paneli, aspirator. Retro üslublu soyuducu isə mətbəxin üslubuna xas olan xüsusi notu qatır.
Ümimiyyətlə, layihədə klassik üslubun ənənələrinə riayət olunub: naxışlı fasadlar, mətbəx mebelin sakit rəng tonunun qara dəzgahlıq ilə uzlaşması, ağ çanaq, qızılı su qarışdırıcı və tutacaqlar və s. Bütün bu detallar sayəsində mətbəx kompozisiyası vahid, eleqant, nəcib və ahəngdar görsənir.
Nəticə olaraq, gözəllik, rahatlıq və erqonomikanın mükəmməl birləşməsi olan bir layihə alındı. “German Studio”nun dizaynerlərin professionallığı və keyfiyyətli istehsalı sayəsində hər bir müştəri xəyal etdiyi mebele sahib olur!
Əlavə olaraq, klassik üslubda mətbəx mebeli illər keçsədə “bezdirmir”. O, illər boyu öz istiliyini, rahatlığını və cazibəsini saxlayır.